“Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”na uyğun olaraq, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və əhalinin ərzaq  məhsulları ilə təminatının yaxşılaşdırılmasına töhfələr  vermək məqsədilə  ölkəmizdə ilk dəfə analoji ictimai qurum yaratmaq təşəbbüsü irəli sürülüb.

Bildiyimiz kimi, ölkədə ərzaq təminatı sahəsində risklərin idarə olunmasını təmin etmək, bu sistemin institusional inkişafını həyata keçirmək və sahibkarlıq mühitini yaxşılaşdırmaq kimi hədəflər müəyyənləşdirilib. Heyvandarlığın inkişafı istiqamətində də işlər sürətlənməkdədir. Xaricdən cins mal-qaranın alınması, modern üslublu komplekslərin yaradılması, süni mayalanma yolu ilə alınan hər buzova görə dövlət tərərfindən subsidiyaların verilməsi, eləcə də süd zavodlarının açılışı əhalinin süd və süd məhsulları ilə təminatında mühüm rol oynayır. Kərə yağı və pendirlə təminatda yaranan problem də  tezliklə aradan qaldırılacaq.

Toplantıda İctimai Birliyin illik planı ilə fermerlər tanış olub və bununla yanaşı fermerlərə marketinq, subsidiya, lizinq, baytar dəstəyi məsələlərində kömək olunacaqı bildirilib.

Yeni yaradılan Azərbaycan Keçi Təsərrüfatçıları İctimai Birliyi təşəbbüs qrupunun sədri Elşən Süleymanov bu barədə deyib ki,  başlıca hədəfimiz ölkənin bütün keçi təsərrüfatçılarını bir yerə toplamaqla onların sosial problemlərinə yardımçı olmaq, təsərrüfatlara saf qanlı cins südlük və ətlik keçilər gətirmək, əhaliyə keyfiyyətli, müalicəvi əhəmiyyəti olan keçi əti, südü və süd məhsullarının satışını təşkil etməkdən ibarətdir. Məlum olduğu kimi, Azərbaycanda ət və süd istehsalında keçiçiliyin xüsusi yeri var. Bu, qədim təsərrüfatçılıq növü olsa da, daha da inkişaf etdirilməsinə ciddi ehtiyac duyulur. Belə ki, bütün dünyada intensiv heyvandarlıq inkişaf etdiyindən, ölkəmizdə də daha məhsuldar keçi cinslərinin artırılması vacibdir. Azərbaycana xaricdən gətirilmiş zaanen, alp, hələb və s. keçi cinslərinin burada yetişdirilməsinin öz spesifik xüsusiyyətləri vardır. Bunu nəzərə alaraq, keçiçilik təsərrüfatlarının təşkili və mövcud problemlərə baxışla bağlı konkret tezislər də hazırlayırıq. Bunlar keçiçilik məhsullarının satışında hüquq tənzimləmələri və qanunvericiliyin təmin olunması, zootexnologiyaların yeni üsullarının tətbiqi, cinslərin rayonlaşdırılması və adaptasiyası, seleksiya-damazlıq işlərinin düzgün aparılması, keçiçilik məhsullarının (süd, ət, dəri və s.) gigiyenası, baytarlıq (peyvəndləmə və s.) və sanitariya tədbirlərinin görülməsi, keçiçilikdə marketinqdir.

 

24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq

Xəbər lenti