Polisə bu məlumatları verənlər – PUL ALACAQLAR


Azərbaycanda axtarışda olan şəxslərin tapılmasında polisə kömək edən vətəndaşlara mükafatlar nəzərdə tutulub.
Baku.ws-in sorğusuna cavab verən Daxili İşlər Nazirliyi açıqlayıb ki, vətəndaşlar aidiyyatı üzrə polis orqanları rəislərinin təqdimatına uyğun olaraq DİN rəhbərliyi tərəfindən mükafatlandırıla və ya rəğbətləndirilə bilərlər.
“Cinayətkarlıqla mübarizədə əldə olunmuş uğurlarda elmi-texniki tərəqqinin ən son nailiyyətlərindən geniş istifadə edilməsi, profilaktiki işin səmərəsinin xeyli artırılması ilə yanaşı, heç şübhəsiz ki, polis-vətəndaş münasibətlərinin daha da dərinləşdirilməsi istiqamətində görülmüş işlərin böyük rolu olmuşdur. Təcrübə göstərir ki, qeydə alınmış cinayətlərin müəyyən qismi də məhz vətəndaşların kriminal hadisələr, yaxud hüquq pozuntuları barədə qabaqcadan polis orqanlarına məlumat vermələri, ictimaiyyətin fəal nümayəndələrinin, cinayətkarlıqla mübarizədə böyük təcrübə qazanmış sabiq əməkdaşların- polis, prokurorluq və digər hüquq-mühafizə orqanları veteranlarının yaxından iştirakı ilə açılır.
Məmnunluqla qeyd etmək istərdik ki, DİN rəhbərliyi vətəndaş-polis münasibətlərinin inkişafına həmişə böyük əhəmiyyət vermiş, bu dəstəyin polisin fəaliyyətində hər zaman vacib, əsas amillərdən biri olduğunu qeyd edilmişdir.Cinayətkarlıqla mübarizə, təhlükəsizliyin təmini bütün cəmiyyətin marağında olduğundan və hər bir şəxsin mənafeyinə toxunduğundan bu işdə hüquq-mühafizə orqanlarına yardım göstərilməsi, dəstək verilməsi ilk növbədə onlar tərəfindən bir vətəndaşlıq borcu anlamına gəlir. Təbii ki, bu işdə fərqlənən vətəndaşlar aidiyyatı üzrə polis orqanları rəislərinin təqdimatına uyğun olaraq DİN rəhbərliyi tərəfindən mükafatlandırıla və ya rəğbətləndirilə bilərlər”,-deyə məlumatda qeyd olunur.
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq

Xəbər lenti