|
Məktəblilərin və uşaqların yollarda təhlükəsizliyinin təmin olunması məqsədilə Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyində tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin inspektoru Fərid İldırımzadə, 1-ci polis bölməsinin inspektoru Vüsal Tahirov, məktəb rəhbərliyi, şagirdlər və valideynlərin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü il Dövlət Proqramına uyğun olaraq məktəblilərə yol hərəkəti qaydalarını izah etmək, yol hərəkəti təhlükəsizliyini aşılamaq öz əksini tapıb. Tədbirdə piyada keçidindən pərakəndə keçən şagirdlər maarifləndirilib, onların bu keçidlərdən istifadə etməsinin zəruriliyi qeyd olunub. Bildirilib ki, şagirdlərə bu istiqamətdə müəllimlər, valideynlər də məlumat verməlidir. Bu həm piyadaların, həm də sürücülərin təhlükəsizliyi üçün vacibdir.