Gürcüstan nömrəli maşınlarla bağlı ölkə başçısına MÜRACİƏT EDİLDİ
Sizin köməkliyiniz və şəxsi müdaxiləniz sayəsində müsbət həllini tapacaq

“Soydaş” İctimai Birliyi və İmzaları təqdim olunan Gürcüstan azərbaycanlıları Gürcüstan nömrəli maşınlarla bağlı ölkə başçısına müraciət ünvanlayıb Avtosfer.az xəbər verir ki, müraciətdə deyilir. 

Hörmətli cənab Prezident,

İlk öncə Sizə dərin hörmət və ehtiramımızı bildirir, imzaları təqdim olunan gürcüstanlı soydaşlarımız və onların yaxınlarının xoş arzularını çatdırır, bütün dünya azərbaycanlılarının lideri kimi Sizə böyük ümidlərimizin olduğunu bilmənizi istərdik.
Əminik ki, başlatdığınız geniş və məqsədyönlü islahatlar ölkəmizin növbəti inkişaf mərhələsinə uğurla qədəm qoymasına münbit şərait yaradacaqdır. Bu mühüm islahatların tərkib hissəsi kimi yeni formalaşacaq parlamentdə müzakirəyə çıxarılması nəzərdə tutulan “Soydaş Haqqında Qanun”un qəbulu həm dünyaya səpələnmiş soydaşlarımızla ölkəmiz arasında əlaqələrin möhkəmlənməsinə, həm də ölkəmizin siyasi nüfuzunun dünya miqyasənda daha da artmasına xidmət edəcəyini xüsusi vurğulamaq yerinə düşərdi.

 

Cənab Prezident,

Aparılan zəruri islahatlardan ilhamlanaraq, bir qrup mütərəqqi fikirli ziyalılarımızla bərabər Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi yolunda Prezidentimizin istənilən çağırışına daim hazır olan bizləri də Gürcüstan əsilli soydaşlarımızı narahat edən bir problemin ədalətli həlli ümidi ilə birbaşa Sizə müraciət etməli olduq. Son zamanlarda administrativ vasitələrlə süni şəkildə yaradılmış bu problem Gürcüstan dövlət nömrə nişanlı avtomobillərin Azərbaycan ərazisində istifadə müddətinin məhdudlaşdırılması ilə bağlıdır. Belə ki, digər dünya ölkələri təcrübəsindən qaynaqlanaraq soydaşlarımıza dövlətimiz tərəfindən yaradılan şəraitə əsasən, əvvəllər Gürcüstan vətəndaşları olan soydaşlarımız öz şəxsi avtomobillərini Azərbaycan Respublikası ərazisində qanunla nəzərdə tutulan bütün ödənişləri, vergi və rüsumları ödəyərək, sərhədi keçmədən bir il müddətində idarə edə bilirdilər. Ancaq son günlərdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (DGK) həmin avtomobillərin ölkə ərazisində qalma müddətini məhdudlaşdıraraq 1 il ərzində 90 gündən artıq qalmasına qadağa qoymuşdur. Bu qərar başladılan islahatların mütərəqqi ruhuna uyğun gəlmir, köhnə üsullara və düşüncə tərzinə qayıdışa tənasübdür.
Məsələnin ölkə və milli maraqlarımıza uyğun həll olunması, Gürcüstan vətəndaşı olan hər bir soydaşımızın öz arxasında Azərbaycan Dövlətini hiss edə bilməsi və məsələ ilə bağlı çoxsaylı gürcüstanlı soydaşlarımızın narahatlıqlarının aradan qaldırılması üçün köməkliyinizi əsirgəməmənizi xahiş edir və öz növbəmizdə problemin həlli üçün aşağıdakı təklifləri edirik:

1. Problemin mütəxəssislər tərəfindən dəqiq araşdırılması məqsədi ilə aidiyyəti dövlət qurumları (DGK,DSX,DMX,DANX,BNA,DYP,Ədliyyə) nümayəndələrindən ibarət komissiya/işçi qrup yaradılsın;
2. Gürcüstan vətəndaşına məxsus avtomobil üçün, rəsmi nigahda olan həyat yoldaşı istisna olmaqla, digər Azərbaycan vətəndaşlarına etibarnamə verilməsi qadağan olunsun və əvvəllər verilmiş bu növ etibarnamələr ləğv edilsin;
3. Gürcüstan vətəndaşına məxsus avtomobillə Azərbaycan Respublikası ərazisində şəhərdaxili sərnişindaşıma (taksi) fəaliyyətinə icazə verilməsin;
4. Gürcüstan vətəndaşı olan soydaşımızın yuxarıdakı bəndlərdə qeyd olunanlar tətbiq olunmaqla, sahibi olduğu avtomobili Azərbaycan Respublikası ərazisində sərhədi keçmədən 1 il ərzində idarə etmək hüququ bərpa olunsun.

Hörmətli cənab Prezident,

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə təbrik edir, ölkəmizdə həyata keçirdiyiniz islahatlarda uğurlar arzılayır, daim Azərbaycan dövlətçiliyinə sadiqliyimizi və dünya azərbaycanlılarının lideri olaraq yürütdüyünüz uğurlu daxili və xarici siyasətə dəstəyimizi ifadə edirik. Ümidvarıq ki, müraciətimizdə qeyd olunan problem Sizin köməkliyiniz və şəxsi müdaxiləniz sayəsində müsbət həllini tapacaqdır.

24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq

Xəbər lenti