“Bu soyğunçuluğa son qoyulmalıdır” – Ekspert parkinq problemindən danışır
Bəs hələ də həll edilməyən parkinq məsələsini necə həll etmək olar? Yığılan pullar hara gedir?

Ötən günlərdə Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev mətbuata hazırda Bakı şəhərindəki bütün parkovka yerlərinin pulsuz olmasını deyib. BNA rəsmisi bildirir ki, Prezident Fərmanının icrası ilə bağlı, parkovka yerləri üçün qanuni proseduraların və tariflərin müəyyən olunması üçün Nazirlər Kabinetinə müraciət edilib. Lakin NK hələlik bununla bağlı hər hansı addım atmayıb.

Bəs hələ də həll edilməyən parkinq məsələsini necə həll etmək olar? Yığılan pullar hara gedir?

 

Məsələ ilə bağlı Azadinform-a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı danışıb. Onun sözlərinə görə, artıq neçə ildir ki, bu məsələ gündəmdədir: “Amma təəssüflər olsun ki, həlli istiqamətində ciddi addımlar atılmır. Bunu da hüquq mühafizə orqanları etməlidir. Çünki BNA etiraf edir ki, yığılan pulların agentliyə heç bir aidiyyatı yoxdur. Həqiqətən də BNA hələlik heç bir parkinqdən ödəniş yığmır. Yalnız yeraltı parklama yerlərindəki pullar BNA tərəfindən yığılır. Digərlərində isə qaydalar müəyyən edilməyib. Nazirlər Kabinetinə də müraciət edilib. Hələlik qiyməti, yerləşməsi, müddət məsələsi, qanunvericiliyə edilmiş dəyişikliklərə görə ödənişlər elektron qaydada olmalıdır. Ödəniş etməyən və ya müddətdən artıq saxlayan sürücülərin məsuliyyətə cəlb edilməsi elektron qaydada həyata keçirilməlidir. Bunun üçün xüsusi texniki vasitələr alınmalıdır. Həmin vasitələrin alınması xeyli vaxt və çox ciddi maliyyə tələb edir”.

BNA-nın hələlik bu problemi həll edə bilmədiyini deyən ekspert əlavə edib ki, ona görə də parkinqlər vətəndaşların xidmətindədir: “Təəssüf ki, “İskəndər Asa Parkinq” əməkdaşlarını bütün parkinq yerlərinə yerləşdirib və sürücülərdən qanunsuz pul tələb edirlər. Hətta ödəniş etməyən sürücülərə hədə qorxu gəlib, qorxudurlar. Həqiqətən də bunu bir sıra insanlardan eşitmişik. Bununla bağlı müraciətlər də olur. Bəzi sürücülər qorxudan pul verməli olurlar. Həmin insanlar xüsusi geyimdə olur, əllərində hansısa cihazla guya ödəniş etməyən sürücüyə cərimə yazırlar. Onların belə bir səlahiyyəti yoxdur. Əslində elə o cihaz da lazımsız, köhnədən qalma aparatlardır. Necə olub onlar hansısa bir özəl şirkətin əlinə keçib? Bununla bağlı düşünürəm ki, aidiyyəti qurumların indiki və keçmiş rəhbərləri cavab verməlidir. Beləliklə gün ərzində on minlərlə manat qanunsuz olaraq vətəndaşlardan yığılır. Aidiyyəti qurum olaraq BNA etiraf edir ki, prokurorluğa, polislərə bununla bağlı müraciət edilib. Amma nədənsə heç bir tədbir görülmür, qarşısı alınmır. Bunu bir mənalı şəkildə deyirəm ki, necə olur ki kimsə kimdənsə 50-100 manat pul alanda rüşvətxor kimi həbs edilir amma günün günorta çağı Bakı şəhərində sürücülərdən kütləvi şəkildə pul yığılır və həmin pullar hara gedir, kimin cibinə gedir bilinmir. Buna da heç kim müdaxilə etmir. Həqiqətən də sürücülər bilməlidir ki, əgər onların avtomobillərinə xəsarət yetirilibsə, bununla bağlı polisə müraciət etmək lazımdır. Həmin parkinq ərazisində işləyən şəxs tapılmalı, məsuliyyətə cəlb edilməli, bu soyğunçuluğa son qoyulmalıdır”.

24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq

Xəbər lenti