Yol polisi hadisə yerini tərk edən hansı sürücünü cərimələyə bilər? - QAYDA
Qanunvericiliyə görə təqsiri olmayan sürücü məsuliyyətə cəlb edilə bilməz

Yol qəzaları zamanı hadisə yerindən yayınan sürücülərin məsuliyyət məsələsi ilə bağlı bəzən sürücülərdə çaşqınlıq yaranır. Bununla bağlı redaksiyamıza dəfələrlə müraciətlər daxil olub.
Yol-xeber.az xəbər verir ki, 2016-cı il may ayının 1-dək yol nəqliyyat hadisəsi zamanı hadisə yerini tərk etmiş hər bir sürücü məsuliyyətə cəlb edilirdi. Lakin 2016-cı il mayın 1-də qüvvəyə minən İnzibati Xətalar Məcəlləsində hadisə yerindən yayınan sürücülərin məsuliyyət məsələsinə dəyişiklik edildi. Edilmiş dəyişiklikdə yalnız təqsirkar sürücünün məsuliyyəti nəzərdə tutuldu. Məcəllədə olan norma belədir:
“Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir”. Edilmiş dəyişiklikdə qeyd olunub ki, yol nəqliyyat hadisəsi yerindən yayınmış sürücülərdən qəzanı kim törədibsə (qəza hansı sürücünün səhvi nəticəsində baş veribsə) hadisə yerindən yayınmağa görə yalnız həmin sürücü məsuliyyətə cəlb edilər bilər.
Buradan sual yarana bilər ki, əgər qəza hər iki sürücünün qayda pozuntusu nəticəsində baş veribsə və hər iki sürücü hadisə yerini tərk edibsə, hadisə yerindən yayınmağa görə kim məsuliyyətə cəlb edilməlidir? Belə olan halda yol hərəkəti qaydasını pozaraq qəzaya səbəb olmuş hər iki sürücü hadisə yerindən yayındığına görə məsuliyyətə cəlb ediləcək.
Bəzən sürücülər sual ünvanlayaraq soruşurlar: “Mənim qəzada heç bir günahım yox idi, lakin hadisə yerindən yayınmağıma görə polis məni məsuliyyətə cəlb etmək istəyir. Bu nə dərəcədə doğrudur?”.
Bu cür hadisə ilə qarşılaşmış sürücülərə bildiririk ki, onlara qarşı olunan bu hərəkət qanunvericiliyə ziddir. Çünki qəzada sizin təqsiriniz olmadığı üçün mövcud qanunvericiliyə görə təqsiri olmayan sürücü məsuliyyətə cəlb edilə bilməz.
Sürücülərə tövsiyə edirik ki, yol nəqliyyat hadisəsi baş verərkən sizin günahınızın olub-olmamasından asılı olmayaraq polisə müraciət edin.
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq

Xəbər lenti