Yol qəzaları ilə bağlı unikal yenilik - Sığortanı tez almaq mümkün olacaq - VİDEO
Qəza baş verdikdə hadisə yerinin şəkli dərhal yerində çəkilib sistemə ötürüləcək

Ölkədə yol-nəqliyyat hadisələrinin elektron məlumat bazası yaradılacaq. Nəticədə avtoqəzaların başvermə səbəbləri və hadisənin nəticələri barədə daha müfəssəl məlumat toplanacaq. Yeni sistem sayəsində sığorta ödənişləri də daha tez həyata keçiriləcək. Yol-xeber.az xəbər verir ki, elektron məlumat bazasının yaradılması "Yol hərəkətinin təhlükəsizliyinə dair" Dövlət Proqramında nəzərdə tutulub. Hazırda "Yol-nəqliyyat hadisələri" elektron məlumat bazasının yaradılması istiqamətində iş gedir. Baza hazır olduqdan sonra qəza baş verdikdə hadisə yerinin şəkli dərhal yerində çəkilib sistemə ötürüləcək və təqsirkar tərəfin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı protokol tərtib oluncaq.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, məlumat bazasında hadisələrin elektron xəritəsi də yaradılacaq və onun köməyi ilə qəza nöqtələrinin vizual görüntüsünü əldə etmək mümkün olacaq.

Bu məlumat bazasının yaradılması sığorta ödənişlərinin tez bir zamanda köşürülməsinə də kömək edəcək.

 

Kamran Əliyevin sözlərinə görə, Dövlət Proqramında hadisə yerinə müvafiq qəza-xilasetmə bölmələrinin qısa müddətdə çatması və daha operativ əlaqələndirməni təmin etmək üçün təlimlərin keçirilməsi də nəzərdə tutulub. Belə təlimlərdən biri ötən ilin sonunda Gəncədə keçirilib və digər bölgələrdə də davam etdiriləcək.

 
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq

Xəbər lenti