Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin saat 12:00-a olan məlumatına əsasən, Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmənin dinamikasında aktivlik qalmaqdadır. Nazirliyin Mətbuat Xidmətindən "Yol-xeber.az"a bildirilib ki, müşahidələr davam etdirilir. "Bu gün səhər saatlarında baş verən sürüşmənin səbəbləri araşdırılır", - nazirlikdən əlavə olunub.