Ekspert: Yük axınının artımı dəmir yolu infrastrukturunun gücləndirilməsini tələb edir
Yük axınının artımı dəmir yolu infrastrukturunun gücləndirilməsini tələb edir

Son bir neçə ildə Azərbaycanın reallaşdırdığı çoxsaylı irimiqyaslı və mühüm əhəmiyyətli layihələrdən biri də Bakı-Tbilisi-Qars (BTQ) beynəlxalq dəmir yolu xətti oldu.

Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilən BTQ istifadəyə verildiyi 2017-ci ildən bu yana hansı göstəricilər üzrə üstünlük qazanıb?

Bununla bağlı Avtosfer.az-a açıqlama verən Azərbaycan Texniki Universitetinin "Dəmiryol nəqliyyatının istismarı" kafedrasının dosenti Leyla Həsrətova Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin qısa zamanda iqtisadi səmərəlilik, sürət, vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq kimi göstəricilərə tam cavab verdiyini deyib:

 

“Yüklərin Çindən Avropaya daşınma məsafəsi Rusiya ərazisi ilə müqayisədə Azərbaycan ərazisindən keçən marşrutla bir neçə min kilometr daha qısadır. Belə ki, Çindən göndərilən qatar Qazaxıstan və Azərbaycandan keçərək 5-8 günə Gürcüstana çatır və oradan Türkiyə ərazisindən keçərək 3-5 günə Avropanın müxtəlif ölkələrinə göndərilir. Buna görə də Rusiyaya Çindən gələn tranzit axınını BTQ xətti üzrə Orta və Qərbi Avropaya ötürmək daha əlverişlidir. Bu mənada TransSibir Magistralın BTQ xəttinə birləşməsi də Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, dəmir yolu kütləvi yükləri daşımaq üçün ən əlverişli və rahat nəqliyyat növüdür. Həm daşımalara sərf olunan xərclərin, həm yükdaşıma tariflərin tənzimlənməsi, həm də mövcud resurslardan effektivli istifadə əsas məsələlərdən biridir. Yük axınının artımı dəmir yolu infrastrukturunun gücləndirilməsini tələb edir. Həmçinin yük həcmi artdıqca dəhlizin inkişaf konsepsiyasına uyğun lazımi işlər görülür və Azərbaycanın gücü buna tam çatır”.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR

Xəbər lenti