Bakıda parklama qaydalarına niyə əməl edilmir? - SORĞU
Çoxları isə parklama yerlərində maşın saxlamağın baha olmasından gileyləniblər

Avtosfer.az xəbər verir ki, “Report” yollardakı problemlərə həsr olunmuş silsilə yazıları davam etdirir. 

Xatırladaq ki, bu qəbildən birinci məqalə “Şəxsi obyektlərin qarşısında parklama qadağası - sürücülər nə etməlidir?” bu ayın 7-də dərc olunmuşdu. Bu gün isə daha çox paytaxtın mərkəzində parklama problemindən söhbət açacağıq.

Bildiyimiz kimi, ildən-ilə sayı artan avtomobillər üçün saxlama yerlərinin məhdud olması yollarda tıxaclara gətirib çıxarmaqla yanaşı, bir çox yerlərdə piyadaların da hərəkətinə maneələr yaradır. Belə ki, küçələrin hərəkət hissəsi parklama üçün azlıq təşkil etdiyinə görə bir çoxları öz avtomobilini səkilərdə saxlayır.

 

Paytaxt sakinlərinin fikrincə, son vaxtlar Bakı Nəqliyyat Agentliyi parklama ilə bağlı qaydaları pozanlara qarşı kütləvi cərimə tətbiq etməsi nəticəsində vəziyyət bir qədər yaxşılaşsa da, habelə paytaxtın bir sıra yerlərində yeraltı və yerüstü parklama yerləri tikilsə də, qaydalara riayət etməyənlər də az deyil.

 

 

Belə ki, bir çox avtomobil sahibləri belə park yerlərindən istifadə etmək istəmir və bunun üçün müxtəlif bəhanələr gətirirlər. Halbuki nəzərdə tutulmayan yerdə avtomobil saxlamaq üçün 20 manat məbləğində cərimə, yaxud maşının cərimə dayanacağına aparmaq kimi cəza tədbirləri tətbiq olunur. Lakin “Report” tərəfindən sorğu keçirilmiş avtomobil sahiblərinin 20 faizi maşını xüsusi parkinqlərə yerləşdirməyin xeyli vaxt apardığı, 15-20 dəqiqə üçün buna dəymədiyini bildiriblər.

Belə çıxır ki, bəzi vətəndaşlar öz rahatlığı naminə mövcud qaydaları pozmaqda, başqaları üçün çətinlik və hətta təhlükə yaratmaqda elə bir qəbahət görmürlər.

 

 

Sorğu iştirakçılarının üçdə birinə qədəri isə bəzi parklama yerlərinin qüsurlu olduğunu bildirirlər. Məsələn, sual verdiyimiz avtomobil sahiblərindən biri Azadlıq meydanında yerləşən “Azadlig Parking”in girişində clereancesi az olan maşınının hər dəfə bamperilə asfalta dəydiyini qeyd edib. Başqası isə kitab pasajının yaxınlığındakı “McDonalds”ın parklama yerində cəmi bir giriş olduğu üçün oraya girərkən başqa maşının çıxmasını gözləmək lazım gəldiyini, nəticədə buradan keçən yolda tez-tez tıxacların yarandığını diqqətimizə çatdırıb.

Çoxları isə parklama yerlərində maşın saxlamağın baha olmasından gileyləniblər. Bu məsələni növbəti yazımızda ayrıca araşdıracağıq.

Avtomobil sahibləri çox vaxt Bakı Nəqliyyat Agentliyini, yol polisinin işlərini yarıtmaz görməkdə qınayırlar. Hörmətli sürücülər, bəlkə nöqsanı əvvəlcə özünüzdə axtarasınız? Belə ki, hər birimiz mövcud qaydalara əməl etsə və başqasının da yol verdiyi pozuntuya biganə qalmasa, onu qayda-qanuna dəvət etsə, heç şübhəsiz, işlər daha tez yoluna qoyular.

25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR

Xəbər lenti