“Yol polisi maketlərinin yerini dəyişməyəndə lazımi effekt vermir” - Ekspert
“Çünki mütəmadi olaraq qaydaları pozan sürücülər maketlərin yerini əzbər bilir”

Ötən il yol-nəqliyyat hadisələrinin qarşısını almaq, sürücüləri qaydalara əməl etməyə səsləmək məqsədilə yeni təcrübədən istifadə edildi. Belə ki, yollarda Yol Patrul Xidməti (YPX) avtomobillərinin maketləri quraşdırıldı. Maket kənardan baxanda patrul avtomobili kimi görünür. Maketlərin quraşdırılmasında məqsəd sürücülərin sürət həddini aşmasına mane olmaq, yarana biləcək qəzanın əvvəlcədən qarşısını almaq idi. Qaydaya görə, sürücülər maketlərin yerini əzbər bilməsin deyə onların yeri tez-tez dəyişdirilməli idi. Lakin bəzi yollarda bu maketlər quraşdırılsa da, demək olar ki, üsulun tətbiqi geniş yayılmadı. Quraşdırılan maketlər ya eyni yerdə qalır, ya da ümumiyyətlə nadir hallarda rast gəlinir.

Maraqlıdır, bu üsul niyə geniş tətbiq edilmir? Maketlərin çoxaldılması istiqamətində işlər gedirmi?

Yol-xeber.az xəbər verir ki, bununla bağlı Modern.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bəzi yollarda quraşdırılan avtomobil maketlərinə vətəndaşlar tərəfindən müdaxilə edildiyini deyir: “Maketlərin quraşdırılması məsələsi bir çox dünya ölkələrində mövcuddur. Bizdə də ötən il belə maketlərin yollarda quraşdırılması istiqamətində işlər getdi. Lakin çox təəssüf ki, hələ bu prosesi qəbul etməyən bəzi vətəndaşlar maketlərin üstündəki sayrışan işıqlara müdaxilə edir, sındırmağa çalışır. Ümumiyyətlə, maketlərin daimi olaraq bir yerdə qalması heç bir uğurlu nəticə vermir, verməyəcək. Gərək mütəmadi olaraq bu maketlərin yeri dəyişdirilsin. Çünki mütəmadi olaraq qaydaları pozan sürücülər bütün yolları, daha doğrusu daimi olaraq bir yerdə olan maketlərin yerini əzbər bilirlər. Ona görə də hazırda quraşdırılan maketlər lazımi effekti vermir”.

25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR

Xəbər lenti