|
Salyan şəhərinin Nəriman Nərimanov küçəsinin bir hissəsinə asfalt örtüyü vurulub. Avtosfer.az xəbər verir ki, bu barədə yerli sakinlər məlumat verib. Sakinlər narazılıq edir ki, köhnə asfalt örtüyünü qazımadan, qırı töküb yayıblar. Bu "yeni texnologiya" ilə vurulan asfaltın ömrü də qısa olaxaq. Sakinlər deyir ki, uzağı iki yağışa bu yol əvvəlkindən də pis vəziyyətə düşəcək.