Beyləqanda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib - FOTO
Bu faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib

Beyləqanda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib

 

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yol-xeber.az-a  verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Rüstəm Cəfərov bildirib ki, 20 Yanvar hadisələri Azərbaycanda demokratik proseslərə qəsd, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan hüquqlarını pozan hərəkət idi. 1990-cı il yanvarın 20-də əsasən ermənilərdən ibarət sovet ordusunun xüsusi təyinatlı dəstələri dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdi, günahsız insanlar qətlə yetirildi. Şöbə rəisi qeyd edib ki, Ulu Öndərin siyasi hakimiyyətə yenidən qayıdışından sonra 1993-cü ildə 20 Yanvar faciəsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Bu faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.
Daha sonra çıxış edənlər vurğulayıb ki, müstəqillik, azadlıq yolu qədər çətin yol yoxdur. 1990-cı il yanvarın 20-də baş verən hadisələr bir daha bu gerçəkliyi ortaya qoydu. O qanlı-qadalı günlərdə Azərbaycan xalqı göstərdiyi qətiyyətlə bir daha nümayiş etdirdi ki, heç bir qüvvə onun milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməz. Xalqımız o gecə baş verənləri daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

 
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT

Xəbər lenti