Şagirdlər dərsə rayonlara işləyən avtobuslarla gedə bilərlər - 5 TƏKLİF

Azərbaycanda dərslərin sentyabrın 15-dən başlayacağı ilə bağlı qərardan sonra ən çox düşündürən məsələlərdən biri də nəqliyyat sistemindəki vəziyyətdir.

Pandemiya dövründə şagirdləri virusdan qorumaq üçün nəqliyyat sahəsində hansı alternativ variantlar nəzərdən keçirilə bilər?

Yol-xeber.az xəbər verir ki, bu barəd hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov milli.az-a yeni təhsil ilinin başlaması ilə əlaqədar ictimai nəqliyyatda yarana biləcək sıxlığın və yoluxma riskini azaltmaq məqsədi ilə təkliflərini açıqlayıb: "Onun tibbi və təhsil tərəfi, təbii ki, bizlik deyil. Bu məsələləri aidiyyəti qurumlar özləri götür-qoy edəcəklər. Yoluxma səviyyəsi, virusun dinamikası, böyük şəhərlərdə şagirdlərin nə qədər hissəsi ictimai nəqliyyatla dərsə gəlir, nə qədər hissəsi piyada və yaxud da fərdi avtomobillərlə gəlir, araşdırılmalıdır. Bu da ciddi bir araşdırma predmetidir. Ona uyğun məktəblərə imkan yaradılmalıdır ki, fərdi qərarlar qəbul etsinlər, mənim birinci təklifim budur. Şagirdlər hansı məsafədən gəlirlər, hansı üsulla (piyada, fərdi avtomobil, ictimai nəqliyyat) gəlirlər, bax, nəqliyyatdakı o riski aradan qaldırmaq üçün ona uyğun qərarlar qəbul etmək lazımdır. 

II təklif - Metronun fəaliyyətinin bərpası qaçılmaz olacaq. 

III təklif - Yenə də maksimum dərəcədə avtobusları xətlərə cəlb etmək lazımdır. 

IV təklif - Düzdür, bu təklif çətindir. Amma imkan daxilində servis təşkil etmək lazımdır. Yəni, harada ki tədris bərpa olunmalıdır, o tədris ocaqlarına məktəbliləri daşıyan avtobusların təşkilini təklif edərdim. Amma o, belə asan, üç günün içində həll olunan məsələ deyil. Bunun üçün avtobus tapmaq lazımdır. Məsələn, belə bir təkliflər olmuşdu ki, məktəblilər üçün ayrıca marşurutlar yaradılsın. Bu ideya mümkün deyil. Nəylə yaradacaqlar, hansı avtobuslarla yaradacaqlar? Azərbaycanda bu sayda avtobus yoxdur. Bəzi məktəblər imkan daxilində servislər təşkil edə bilərlər. Bunun yolunu da deyim - servisi təşkil etmək üçün bu dəqiqə rayonlararası sərnişin daşımaları da məhdudlaşdırılıb, rayonlararası daşımlarda istifadə olunan bəzi avtobusları bu işə cəlb etmək olar. Təbii ki, müqavilə ilə olacaq, orada heç kim nəzarətsiz işləməyəcək. 

V təklif - Məktəblərin dərsə başlama saatlarını dəyişmək lazım olacaq. Çünki bütün məktəblərdə dərslər eyni vaxtda dərsə başlasa, pik saatlarda o sıxlıq yaranacaq. Bu zaman yoluxma da qaçılmaz olacaq. Məktəblərin imkanlarını, şagirdlərin gəlmə məsafəsi nəzərə alınmaqla tədris prosesinin başlanmasını pandemiya dövründə sürüşkən etmək olar. Məsələn, səhər 8-dən dərslər başlayır, 10-a qədər. Məktblərdə dərslərin başlaması saatı bölünməklə 8, 9-un yarısı, 9, 10-un yarısı, 10-a kimi. Bax belə bölmək olar. Bu cür eyni rayonun məktəblərinin və yaxud da qonşu məktəblərin başlama saatını bölüşdürmək olar. 

Ən əsas məsələ bilirsiniz nədir? Yaxşı təcrübə var, Ümumdünya Səhiyyə Təşkilatı bunu xüsusi vurğuladı. Məsələn, İsveç nümunəsi. ÜST belə bir şey vurğuladı ki, hər şey xeyli dərəcədə insanların məsələyə şüurlu, məsuliyyətli yanaşmasından asılıdır. Yəni, əsas həlledici məsələlərdən biri də insanların özlərinin bu məsələlərə şüurlu, diqqətli yanaşmasıdır. Şüurlu, diqqətli yanaşma olarsa, insanlar özləri də düşünəcəklər ki, hansısa bir yollarla özlərinə ad riskləri azaltsınlar". 

Qeyd edək ki, Azərbaycanda dərslər sentyabrın 15-də başlayacaq. İbtidai sinif şagirdləri (1-4) sentyabrın 15-dən etibarən ənənəvi tədris formalarına qayıdırlar. Ancaq onlar məktəbə həftədə 2-3 dəfə gedəcəklər.

5-9-cu sinif şagirdləri sentyabrın 15-dən etibarən onlayn formatda distant təhsilə başlayacaqlar. Lakin oktyabrın 1-dən etibarən onları əyani, ənənəvi təhsil formasına cəlb etmək məsələsinə baxılacaq. Ənənəvi və distant təhsil paralel davam edəcəyi üçün məktəblilər həftədə 2-3 dəfə təhsil müəssisələrinə gedəcəklər.

Yuxarı sinif şagirdləri (10-11 siniflər) də sentyabrın 15-dən distant təhsilə başlayacaqlar. Oktyabrın 15-dən etibarən onların əyani, ənənəvi təhsil formasına cəlb olunması məsələsinə baxılacaq. Ənənəvi və distant təhsil paralel davam edəcəyi üçün şagirdlər həftədə 2-3 dəfə təhsil müəssisələrində dərslərdə iştirak edəcəklər.

Təhsil müəssisələrinin bütün sinif şagirdləri üçün bu qərar noyabrın 2-dək qüvvədədir, sonrakı qərar epidemioloji vəziyyəti nəzərə alaraq qəbul ediləcək.

06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI
05 May 2025 Aeroport yolunda sürət həddi bərpa edildi
03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO

Xəbər lenti