Deputatlardan BNA-nın taksilərlə bağlı yeni konsepsiyasına REAKSİYA

Bakı Nəqliyyat Agentliyi (BNA) taksi xidməti ilə bağlı yeni konsepsiyanı ictimai müzakirəyə çıxarıb. Müzakirələr zamanı bəziləri bu  sahədə müəyyən tənzimləmələrə ehtiyac olduğunu bildirsə də, digər qisim konsepsiyanın reallaşdırılmasından sonra paytaxtda bu xidmətin bahalaşacağını deyir. 

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, taksilərlə bağlı müəyyən qərarlar qəbul edilməlidir: “Ümumiyyətlə, taksilərin qanunuyğun şəkildə fəaliyyət göstərməsi üçün tənzimləmələrə ehtiyac var. Bəzi insanlar var ki, əlavə iş kimi, bir parça çörək qazanmaq üçün taksi sürməklə məşğuldur. Amma bunu qanun çərçivəsinə salmaq lazımdır. Əksər ölkələrdə olduğu kimi, kilometraja uyğun olaraq tariflər müəyyənləşdirilməlidir, kassalar qoyulmalıdır. Azərbaycana kifayət qədər yeni taksilər gətirilib, dövlət tərəfindən müəyyən işlər görülüb. Bəzi hallarda sürücülərin kartla ödəniş edən sərnişinlərə xidmət göstərməkdən imtina etdiyini görürük. Niyə? Çünki qeyri-leqal işləyirlər. Ona görə də Bakı Nəqliyyat Agentliyi bununla bağlı qərarlar qəbul etməlidir. Hətta lazım gələrsə, qanunlarda da dəyişikliklər etmək olar. Amma bir şərtlə ki, taksi işilə məşğul olan insanlar və onların sərnişinləri əziyyət çəkməsinlər. Elə vahid tarif müəyyən olunmaldır ki, nə kimsə çörəyindən olsun, nə də sərnişinin cibinə ziyan olsun. Ən əsası, bu sahədə işsizliyin yaranmasına imkan verilməməlidir”.

 

Digər deputat Vüqar Bayramov taksi xidmətində keyfiyyətin aşağı olduğunu dilə gətirib: “Bizim apardığımız tədqiqatlar göstərir ki, taksi xidmətinin keyfiyyəti çox da yüksək deyil. Son illər bu sektorda xidmətdə keyfiyyətin artmasını müşahidə etməmişik. Baxmayaraq ki, sektorda fəaliyyət göstərən şirkətlərin sayında artım  var. Amma bu say artımı xidmətin keyifiyyətinin artmasına gətirib çıxarmır. Hətta pandemiya dövründə bir sıra hallarda taksi sürücülərinin Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş qaydalara riayət etmədikləri bəlli oldu. Xüsusilə tibbi maskalardan istifadə etməmələri, avtomobillərdə arakəsmələrin olmaması halları vardı. Ona görə də xidmət keyfiyyətinin artırılması ilə bağlı standartların olması yaxşı olardı. Vahid tariflərin tətbiq olunmasına gəlincə, bu praktika bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən qonşu Türkiyədə də var. Yəni taksilər vahid tarif çərçivəsində fəaliyyət göstərir. Lakin hələlik bizdə tariflər elan olunmadığı üçün konkret müzakirə mümkün deyil”.

Deputat təklif edib ki, vahid tariflər həm müştərilər, həm də sürücülər üçün əlverişli olsun: “Elə tarif olmalıdır ki, sərnişinlər üçün xüsusi ağırlıq yaratmasın, onların bu gedişhaqqını ödəmək imkanı olsun. Eyni zamanda, tariflər taksi şirlətlərinə gəlir əldə etməyə imkan versin, bu sektorda gəlirliliyi artırmaq mümkün olsun. Əgər vahid tarif müəyyənləşəcəksə, bunun optimal tariflər formasında tətbiqi məqsədəuyğundur”. (Modern.az)

06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI
05 May 2025 Aeroport yolunda sürət həddi bərpa edildi
03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO

Xəbər lenti