|
Millət vəkili Qənirə Paşayeva Qurban bayramı münasibəti ilə Tovuzda ön cəbhə kəndlərində müəllimlərlə görüşüb, onların bayramlarını təbrik edib.
Axar.az xəbər verir ki, millət vəkili müəllimlərlə görüş zamanı Qurban bayramının yardımlaşma, paylaşma bayramı olduğunu vurğulayıb. Bayram münasibətilə müəllimləri və bir sıra sakinləri öz hədiyyələri ilə təbrik edən Qənirə Paşayeva, ön cəbhədə yaşayan ziyalıların, insanlarımızın fədakarlıqlarından, vətən və torpaq sevgisindən danışıb.
Müəllimlərlə görüşdə millət vəkili Qənirə Paşayeva başa çatmış dərs ilinin nəticələri, ön cəbhə kəndlərində tələbə adını qazanan gənclərin sayı, onların göstərdiyi nəticələr ilə maraqlanıb və gələn tədris ili ilə bağlı müəllimlərin fikir və qayğılarını da dinləyib.
Millət vəkili ön cəbhə məktəblərinin vəziyyəti ilə də maraqlanıb.