|
"Kriminal aləmdə "Timur Dikiy” kimi tanınan çeçen əsilli Timur Tumaevin Azərbaycana gəlməsi xəbəri həqiqətə uyğun deyil".
Bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisinin müavini, polis polkovniki Orxan Mansurzadə Qaynarinfo-ya açıqlamasında bildirib.
"Bu haqda yazılanlar dezinformasiyadır"- deyə DİN rəsmisi əlavə edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Timur Tumaevin Azərbaycana gəlməsi və azərbaycanlı mərhum "qanuni oğru”lar Rövşən Lənkəranski ilə Masallı Mamedin məzarlarını ziyarət etdiyi barədə mətbuatda xəbər yayılmışdı.