“Rayonlardan keçmək olmur, camaat “uşaqpulu” məsələsini qaldırır”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Vahid Əhmədov bir sıra məsələlərə toxunub. 

“Qafqazinfo” xəbər verir ki, deputat əvvəlcə 2018- ci ildə qəbul edilmiş “Reklam haqqında” qanunun  işləməməsindən danışıb. O qeyd edib ki,qanun qəbul edildikdən sonra ölkədə Reklam Agentliyi yaradılıb: “Bizim hesablamalarımıza görə, reklamdan 250-300 milyon vəsait dövlət büdcəsinə daxil olmalı idi. Ancaq indiyə kimi bundan 5 dəfə az vəsait dövlət büdcəsinə daxil olub. Bu qanunun həyata keçirilməsiylə bağlı ciddi problem var. Mənə 20-dən çox ziyalı müraciət edib. Bildirirlər ki, ölkədə Azərbaycan dilindən başqa bütün dillərdə reklam var. Dövlət dili ilə bağlı məsələ həll edilmir. Təklif edirəm ki, həmin agentliklə birgə dinləmələr keçirilsin”. 

Deputat banklardakı problemə də toxunub. Bildirib ki, hazırda insanlar kredit ala bilmir. 

V. Əhmədov “uşaqpulu” məsələsindən də danışıb. O qeyd edib ki, bu məsələylə bağlı çoxlu müraciətlər var: “Rayonlardan keçmək mümkün deyil. Camaat “uşaqpulu” məsələsini qaldırır. Nazirliyin müəyyən arqumentləri var. Amma bizim də arqumentlərimiz var. Biz bu məsələni müzakirə edək görək, onu həll edə bilərikmi?”.

06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI
05 May 2025 Aeroport yolunda sürət həddi bərpa edildi
03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO

Xəbər lenti