“Balansda vəsait yoxdur, evi qohum-qonşu təmir edə bilər”

Bərdə rayonu, Alaçadırlı kəndində yaşayan Şəfa Quliyevanın evi qəzalı vəziyyətdədir. İki il əvvəl rayona yağan güclü yağışlar nəticəsində evin divarları çatlayıb, döşəməsi və damı uçaraq dağılıb. Maddi imkanı yaxşı olmayan ailə evin təmiri üçün aidiyyati orqanlara üz tutsa da, nəticəsi olmayıb. 

Şikayətçi “Qafqazinfo”ya müraciətində bildirib ki, 8 il əvvəl çətinliklə tikdirdiyi evi artıq iki ildir ki, tamamilə yararsız haldadır: “İki il əvvəl rayonda güclü yağışlar yağdı, məhəlləni su basdı. Qonşuların həyətlərinə zərər dəydi, mənim isə evim qəzalı vəziyyətə düşdü. Çünki evin yarısı kərpic, yarısı yüngül konstruksiyalı materiallarla tikilib. Ondan sonra da zəlzələ, daşqın, güclü yağış evi lap yaşanmaz hala saldı. Artıq 15 gün olar ki, evdən çıxıb Bakıda yaxınlarımızın evinə yerləşmişik. Çünki ev hər an uça bilər, daha orada yaşamağa qorxuruq. Getməyə də başqa yerimiz yoxdur”.

Şikayətçinin sözlərinə görə, çətin şəraitdə yaşamaqdan həm özü, həm də uşaqları xəstəlik tapıb: “Özüm epilepsiya xəstəsiyəm, yoldaşım da bizi qoyub gedib. Nəmdən hər cür xəstəlik tapmışıq. Uşaqlarımın birinin sol böyrəyi işləmir. Özüm bu günlərdə əməliyyat olunmuşam, xahiş edirəm, bizə kömək edin”.

Ş. Quliyeva bildirib ki, evinin vəziyyəti ilə əlaqədar dəfələrlə aidiyyati qurumlara şikayət edib. Bərdə Rayon İcra hakimiyyəti başçısının müavini Vahid Qarayevin qəbulunda iki dəfə olsa da, ona bildirilib ki, büdcədə kifayət qədər vəsait olmadığına görə evi təmir etmək mümkün deyil.  

Şikayətlə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirdilər ki, vətəndaşların şəxsi mülkiyyətində olan fərdi yaşayış evlərinin tikinti və təmirinə vəsait ayrılmır: “Təbii fəlakətlərə görə Nazirlər Kabinetinin təsdiq etdiyi parametrlər var. Məsələn, zəlzələ 6, 2 baldan yuxarı olmalıdır və ya küləyin sürəti 40 m/saniyədən yüksək olmalıdır ki, onun yaratdığı problemi Fövqəladə Hallar Nazirliyi aradan qaldırsın. Həmçinin yağıntının miqdarı ilə bağlı da belə həcm nəzərdə tutulub. Hazırda icra hakimiyyətinin balansında vəsait yoxdur ki, həmin evi təmir etsin. Onu ancaq qohum-qonşu yığışıb təmir edə bilər”, - İcra Hakimiyyətindən bildiriblər. 

Gülnar Əliyeva

 






 
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI
05 May 2025 Aeroport yolunda sürət həddi bərpa edildi
03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO

Xəbər lenti