Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mənimsəmədə təqsirləndirilən keçmiş əməkdaşları – Nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, həmin departamentin baş mühasibi İlqar Hacıyev və departamentin digər əməkdaşları – Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Keçirilən prosesdə zərərçəkmiş şəxs qismində 5 nəfər dindirilib.
Həmin şəxslər özlərini zərərçəkmiş şəxs kimi qəbul etməklərini, onlara heç bir zərər dəymədiyini bildiriliblər.

İ. Hacıyevin vəkili Ramil Məmmədzadə həmin 5 nəfər zərərçəkmiş şəxslərin siyahısından çıxarılmasını ilə bağlı vəsatət verib.

Hakim vəsatəti təmin etməyib.

Daha sonra vəkil R. Məmmədzadə bildirib ki, iş üzrə dövlətə dəyən ziyan tam olaraq ödənilib: “İş üzrə istintaq orqanı tərəfindən müvəkkilim dövlətə 151 min manat ziyan vurduğu bildirilib. Artıq həmin ziyan da tam ödənilib. Onun da digər təqsirləndirilən şəxslər kimi ev dustaqlığına buraxılmasını tələb edirik”.

Bu səbəbdən vəkil vəsatət verərək İlqar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi istəyib.

Vəkilin vəsatəti təmin edilməyib.

Məhkəmə prosesi sentyabrın 18-də davam etdiriləcək.

Xatırladaq ki, İlqar Hacıyev sabiq nazir Hüseynqulu Bağırovu günahlandırıb. O bildirib ki, sabiq nazir onlardan aldığı 451 min manatı qaytarmadığı üçün bu vəziyyətə düşüb: “O zaman Hüseynqulu Bağırov nazir idi və istədiyini edə bilirdi. Nazirin bir çox qeyri-rəsmi göstərişini yerinə yetirmişəm. Bu günə qədər susdum. Amma gördüm ki, artıq hamı öz canına yanır. Ortada qalan isə bir mən olmuşam. Bu işə görə məsuliyyətə cəlb edilənlərdən digər üç nəfərin nə günahı var? Onlar niyə cəzalandırılmalıdır? Daha susmaq yoxdur. Ya mən və digər təqsirləndirilən şəxslər bəraət alacağıq, ya da Əkbər Həsənov və Hüseynqulu Bağırov da həbs ediləcək”.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və daha bir neçə maddəsi ilə ittihamlar irəli sürülüb.

İttihama görə, 2012-ci ildən Milli Hidrometeorologiya Departamentində rəhbər vəzifələrdə – direktor və direktor müavini işləyən Ə.Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər Nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əməkhaqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər.

İş üzrə ümumilikdə 450 min manatdan çox zərər olub. İstintaq dövründə 300 min manat zərər ödənilib.

Təqsirləndirilən şəxslərdən yalnız İlqar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Zərərçəkən 27 nəfər də əmək müqaviləsi imzalanmayan, maaşları karta köçürülərək mənimsənilən şəxslərdir. / Modern.az

06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI
05 May 2025 Aeroport yolunda sürət həddi bərpa edildi
03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO

Xəbər lenti