“Qışda peyvənd tapılmasa da, COVID-19 adi xəstəlik kimi olacaq”

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov koronavirus pandemiyasına görə dünyada və Azərbaycanda bundan öncə atılan addımlar və qarşıda bizi gözləyən proseslərlə bağlı danışıb.

“Qafqazinfo” xəbər verir ki, R.Mahmudov “APAralel” verilişində çıxışı zamanı COVİD-19 virusunu qriplə müqayisə edib: “Ətrafımızda insanlardan 100 nəfərdən biri qriplə qarşılaşmaya bilər, hamı qrip infeksiyasını keçirib.COVİD-19 kimi virusla da hamımız zaman içində qarşılaşacağıq. Bu gün dünya səhiyyə sistemi olaraq COVİD-19 virusu ilə bağlı hadisələrə 70-80 faiz hakimik. Lakin kütləvi yoluxmanın gətirəcəyi stres və virusu öyrənməyə görə hadisəni nəzarət saxlamaq üçün iqtisadiyyata, mədəniyyətə zərbə vuran insanları evə bağlamaq qərarına hökumətlər məcbur oldu. Üç ay bundan qabaqkı vəziyyətlə müqayisədə nə dünya, nə də ölkəmizdə vəziyyət daha da yaxşıdır. Bu gün yumşalmanın olmasının səbəbi daha əvvəl toxunduğumuz hər yerdən qorxarkən, bu gün virusu öyrənməyimizdir.  İndi bu virusun davranma üsulunu bilirik, bu virus sadə qripdə olduğu kimi davranır, hava yolu təması ilə keçir. Biz bunu uyğun bir şəkildə qoruduğumuz zaman gündəlik həyatımızı davam etdirə bilərik. İndi vəziyyət tam nəzarət altındadır, karantin xəstəxanalarının yataqlarının 90 faizindən çoxu boşdur, əlavə xəstəxanalar da ayrılır. Amma virus bizimlədir, növbəti dalğa bizim gücümüzdən böyük olarsa, nəzarətdən çıxa bilər. Burada virusun davranma tərzi də nəzərə alınmalıdır, aprel ayında virusa yoluxanlarda ağciyər tutulması heç 1 faiz olmadığı halda, iyun-iyul aylarında yoluxanların 90 faizində ağciyərdə zədələnmələr oldu. Bunu dərəcəsindən asılı olaraq kimsə hiss etməyə bilərdi. Qorxutmaq üçün demirəm, amma virusun növbəti davranışının necə olacağı da bəlli deyil. Buna görə ehtiyatlı olmalıyıq. Amma biz əvvəlki qədər qorxub evlərə bağlanmayacağıq. Çünki dünyanın artıq bir təcrübəsi var. Biz vətəndaş olaraq ehtiyatımızı 5 dəfə artırmalıyıq, məsuliyyətimizi hiss etməliyik”.

R.Mahmudov qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı payızla bağlı vəziyyətin daha da pisləşə biləcəyi haqda xəbərdarlıq edib:

“Virusun insanlar üzərində yaratmış olduğu qorxu ilə uşağımızın adi qrip olduğu zaman keçirəcəyimiz stresi düşünərək cəmiyyət bizi nələrin gözləyəcəyinə hazır olmalıdır ki, həmin vaxt küyə düşərək daha böyük zərər verməyək. Bu payızdan sonra istər peyvənd olsun, istər olmasın, gələcək üçün artıq rahat nəfəs alınacaq zamana giriləcək. Bu COVİD-19 da digər virus xəstəlikləri kimi olacaq. Vaxtilə “Heptatit A” virusu üçün nə qədər insan həyatını itirib, amma indi o viruslar davranışını dəyişərək insana zərər vermədən yaşayırlar. Virusun yaşaması üçün insana ehtiyacı var. Sadəcə indi çaşqınlıq var, bu çaşqınlığı da virus yaratmayıb, o, belə aqressiv olmamalı idi. İnsanlıq olaraq biz virusa müdaxilə etmişik, biolojik olaraq ola biləcək ehtimallar var, şübhələr var. Virusun belə fərqli davranması, ağciyərə, ürək-damar sisteminə qarşı həssaslığı ilə bağlı şübhələrimiz var”. 

Rəşad Mahmudov əlavə edib ki, yenidən alovlanmalar olduğu zaman hər bir ölkəyə ÜST tərəfindən tövsiyələr verilib:

“Artıq konkret bir qərar verildi. Ağır, sərtləşdirilmiş karantin rejimlərinin COVİD-19 virusu ilə mübarizədə heç bir faydasının olmadığı, hətta zərərinin daha çox olduğu sübut olundu. Əslində zərərinin çox olduğunu hamı bilirdi. Amma tibbi nöqteyi-nəzərdən faydasına görə karantin olunurdu, amma görüldü ki, faydası da yoxdur. Bundan sonra ən ağır, pik hadisələr olsa belə, parklarımız bağlanmayacaq. Bizim məsafəli yürüş edib, maskamızı istifadə etdikdən sonra həyat olduğu kimi davam edəcək. Əvvəlki məhdudiyyətlərin bizim üçün yaratdığı fiziki passivlik mənfi nəticəsini verir. İdmançılarda bunu görürük, bu, hamımıza aiddir. Virusa görə zərərlər dəydi, hesablamaların düzgün aparılmadığı tərəflər oldu. Bu, bütün dünya üçün keçərli oldu”.

29 Noyabr 2024 Onları 5 ilədək həbs gözləyir
29 Noyabr 2024 Məktəbə Natiq Qasımovun adı verildi
29 Noyabr 2024 Qurban Yetirmişlidən XƏBƏRDARLIQ: “Dağıdıcı zəlzələ ola bilər”
29 Noyabr 2024 Ali Məhkəmədən mirasla bağlı yeni qərar
29 Noyabr 2024 Söküntü aparılan ərazilərdə KOMPENSASİYA NECƏ HESABLANMALIDIR?
29 Noyabr 2024 Bu yolda sürət həddi bərpa edildi
28 Noyabr 2024 Oyuncaqların uşaqların xarakterinə TƏSİRİ: Psixoloqdan AÇIQLAMA
28 Noyabr 2024 Bu, şəxslər valideynlik hüququndan məhrum ediləcək
28 Noyabr 2024 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib
28 Noyabr 2024 Veteran pulu minimum 120 manat olacaq? - VACİB AÇIQLAMA
28 Noyabr 2024 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
27 Noyabr 2024 5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə, müavinətlər isə 3,5 dəfə artıb - Sahil Babayev
27 Noyabr 2024 Millət vəkillərimiz hər kəsdən gözəl başa düşür ki... - Nazir
27 Noyabr 2024 Əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? - Sahil Babayev
27 Noyabr 2024 Bunu etsək, pensiya sistemi çökər - Nazir
27 Noyabr 2024 Qadınların pensiya yaş həddi endirilsin - Deputatlardan təklif
27 Noyabr 2024 Şəhid ailələrinə edilən güzəştlərlə bağlı QƏRAR
27 Noyabr 2024 TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA

Xəbər lenti