|
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məsələyə aydınlıq gətirib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, heç bir vətəndaşa agentliyin əməkdaşları tərəfindən zor tətbiq edilməyib və edilə də bilməz:
“Bunu yayan şəxs və ya şəxslər bilərəkdən vətəndaşlara yalan və qərəzli informasiyalar verərək cəmiyyət arasında agentliyin nüfuzunu aşağı salmaq istəyir.
Bir daha qeyd edirik ki, agentliyin inzibati binasına gələn hər bir şəxsə hazırkı pandemiya şəraitində vətəndaş qəbulunun qadağan olunduğu barədə izahat verilir. Belə ki, vətəndaşlar onları narahat edən məsələlərlə bağlı 24 saat fəaliyyət göstərən “Qaynar xətti”mizə (012-599-79-75) zəng edib və ya məktubla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 2025-ci məhəllə ünvanına müraciət edib, onları narahat edən məsələləri qeyd edə bilərlər.
Bir daha vətəndaşlarımızdan xahiş edirik ki, hazırkı pandemiya şəraitini nəzərə alsınlar və bu şəraitə uyğun tətbiq edilmiş qaydalara hörmətlə yanaşsınlar”.