DYP-dən piyadalara müraciət
"İlin əvvəlindən bu günə qədər Bakı şəhərində qeydə alınan yol-nəqliyyat piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 59 faizini təşkil edir. Bu, bizi ciddi narahat edir".

Bunu "Report"a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, bu hadisələr insanların həyatını itirməsi, əlil olması ilə nəticələnir:

"Odur ki, bir daha piyadalara müraciət etmək istəyirik. Yolu keçən zaman mütləq şəkildə sağa-sola baxmaq zəruridir. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə olmaz. Avtomobilin tam dayandığını əmin olmaq, daha sonra yolu keçmək lazımdır. Yolu tək şəkildə deyil, bir neçə piyada ilə keçmək, səkilərdən istifadə etmək daha məqsədəuyğundur".

V.Əsədov "Yol hərəkəti haqqında" Qanunun 40-cı maddəsinin tələblərini də xatırladıb. Bildirib ki, əgər piyadalar qaydanı pozursa cərimə olunurlar:

"Nəzərə alsaq ki, piyada keçidi olmayan yerdən yolu keçmək 20 manat, sürət həddi 80 km/saatdan artıq olan yerlərdən keçmək isə 40 manat cərimədir. Amma məqsəd heç də piyadaları cərimələmək deyil. Əsas hədəf insanların maarifləndirilməsi və təhlükəsizliyin təminidir".

Şöbə rəisi onu da əlavə edib ki, piyadaların vurulması ilə bağlı hadisələrini təhlil etdikdə aydın olur ki, əsasən piyada keçidlərin yaxınlığında bu cür hallar daha çoxdur:

"Ən çox piyadaların vurulması hadisəsi yeraltı və yerüstü keçidlər olan ərazilərdə qeydə alınır. Paytaxtın inzibati ərazisinə düşən şəhərkənarı yerlərə işə işıqlandırma olmayan ərazilərdə bu cür hadisələr baş verir".

V.Əsədov sürücülərə də müraciət edərək bildirib ki, onlar xüsusilə diqqətli olmalı, günün qaranlıq vaxtlarında, yaşayış məntəqələri olan yerlərdə sürət həddini aşağı salmalıdırlar:

"Eyni zamanda piyadalar da keçidlərdən istifadə etməlidir. Xatırladım ki, Bakı şəhər üzrə 80-dən artıq yeraltı və yerüstü piyada keçidi var. Hesab edirik ki, hər kəs öz təhlükəsizliyini qorumalıdır. Hadisələrə nəzər saldıqda aydın olur ki, həm piyada səhlənkarlığı, həm də sürücü diqqətsiliyi qəzalara səbəb olur.

Hesab edirik ki, hər kəs öz məsuliyyətini dərk edəcək. Bir daha hər bir yol hərəkəti iştirakşısını diqqətli olmağa çağırırıq. Yol hərəkətinə kiçik bir səhv ölümlə nəticələnən yol qəzalarına səbəb ola bilər. Unutmayaq ki, insanları bir-biri ilə münasibət yaratmağa yollar kömək edirsə, kişik bir səhv onları ayıra bilər".

06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI
05 May 2025 Aeroport yolunda sürət həddi bərpa edildi
03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO

Xəbər lenti