|
O qeyd edib ki, tez-tez səslənən karantin şərtlərinin sərtləşəcəyi fikrinə inanmır:
“Birincisi, epidemioloji vəziyyət tam nəzarət altındadır. İkincisi, daimi olaraq dövlət qurumları, səhiyyə qurumları bu barədə qabaqlayıcı tədbirlər görür. Belə davam etsə, insanlarımız qorunma tədbirlərinə əməl etsə, inanmıram ki, gələcəkdə hər hansı sərtləşdirici karantin tədbirləri olsun.
Ola bilər ki, yoluxmaların sayında artım görülsün. Bu da bizim özümüzdən asılıdır. Yoluxmanın artması o deməkdir ki, hansısa şərtləri gözləmirik”.