Xocalı rayonundan olan köçkün ailəsinin vəziyyəti ilə bağlı mediada dərc edilən müraciətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cavab verilib.

 

Axar.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov açıqlamasında Xocalı rayonundan məcburi köçkün, Goranboy rayon Yuxarı Ağcakənd qəsəbəsində məskunlaşan Rəsmiyyə Qarayevanın ailəsinin mövcud vəziyyəti ilə bağlı mediada dərc olunan müraciətin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırıldığını deyib.

Onun sözlərinə görə, nazirlik əməkdaşları ailənin məskunlaşdığı Goranboy rayon Yuxarı Ağcakənd qəsəbəsinə gedərək ailənin durumu ilə yerində maraqlanıblar:

“Rəsmiyyə Qarayevanın oğlu Elgün Qəhrəmanovun pentensiar müəssisədən cəza çəkməkdən azad edildiyi nəzərə alınaraq, müvafiq qanunvericiliyə əsasən ona minimum əmək haqqının 4 misli məbləğində (520 manat) birdəfəlik pul müavinətinin ödənişi təmin olunub.

Eyni zamanda R.Qarayevanın müraciətinə uyğun olaraq, oğlu Elgün Xocalı rayon Məşğulluq Mərkəzi tərəfindən yaşadığı qəsəbədə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında Mənzil İstismar Departamentinin Goranboy rayon Mənzil İstismar Sahəsində mövcud olan vakant iş yerində işlə təmin edilib”.

F.Talıbov bildirib ki, bundan əlavə, məşğulluq mərkəzi R.Qarayevanın ailəsinin kiçik təsərrüfatını qurması üçün potensialının olduğu nəzərə alınmaqla, ailənin özünüməşğulluq proqramına cəlb edilməsi üçün müvafiq işlərə başlayıb.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti