|
Tehran Universitetinin tələbəsi, zəncanlı xanım fəal Pərisa Rəfii haqqında məhkəmə hökm çıxarıb.
Axar.az xəbər verir ki, yaxınları fəala həbs cəzası çıxarıldığını bildirib. Tehranın İnqilab Məhkəməsi fəalı sözləşmə, toplaşma, sistemin əleyhinə təbliğat aparma və ümumi asayişi pozmaqda ittiham edərək, 7 il həbs cəzasına məhkum edib.
Qeyd edək ki, bir müddət əvvəl Pərisa Rəfiinin məhkəmə iclası keçirilmişdi. Vəkili Səid Xəlili iclasda müttəhimə bəraət istəsə də, ona bəraət verilməyib. Fotoqrafiya üzrə təhsil alan fəal universitetdə mədəni və qanuni fəaliyyətlərlə məşğul olub.