|
Güney Azərbaycanda tunelqazma və Sulduz “Kani sib” bəndinin suyunu Urmiya gölünə yönəltmə layihəsinin işçiləri işlərini dayandırıblar.
Axar.az xəbər verir ki, işçilər əmək haqlarını vaxtlı-vaxtında ala bilmədiklərinə görə etiraz əlaməti olaraq bu yola əl atıblar.
Layihədə çalışan bütün işçilərin əmək haqlarının yazın əvvəlindən ödənilmədiyi bildirilir.
Qeyd edək ki, SEPAH-ın icra etdiyi projedə işçilərin təxminən 70 faizi uzaq bölgələrdən gətirilib. Yerlilərin işə götürülməməsi əhali arasında ciddi narazılığa səbəb olub. Projedə işlərin yekunlaşmaması Urmu gölü böhranının dərinləşməsinə, nəticə etibarı ilə bölgədə yaşayan əhaliyə xüsusi problemlər yaradır.