![]() |
|
Fıstıq və qızılağac cinsli ağaclara qənim kəsilən şəxslərlə bağlı akt tərtib edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, reyd zamanı Masallı rayonu ərazisində “Kamaz” markalı 44 BX 788 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 8,5 m3 həcmində fıstıq və qızılağac cinsli meşə materialı aşkar olunub.
Faktla bağlı avtomobilin sahibi Mürvət Məmmədov barəsində akt tərtib edilib.