ABŞ-da, Avropada dini, irqi və milli zəmində yüksələn ayrı-seçkilik fonunda, Azərbaycanda olan tolerantlıq qürurvericidir.

Ölkəmizdə daxili sabitliyə və dövlətçiliyimizə ən böyük təhlükə dini ekstremistlərdən gəlir.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.

O bildirib ki, BAXCP olaraq hökumətin bu istiqamətdə fəaliyyətini təqdir edirlər:

“Bu gün Azərbaycanda olan dini tolerantlıq bütün dünyada təbliğ olunmalıdır. Lakin ermənilər bütün dünyaya deyirlər ki, Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin birgə yaşayışı mümkün deyil”.

N.Orduxanlının sözlərinə görə, millət vəkili Qüdrət Həsənquliyev 2018-ci il prezident seçkiləri zamanı canlı efirdən çıxış edərək, Azərbaycanda daxili sabitliyə və dövlətçiliyə ən böyük təhlükənin dini ekstremistlərdən gəldiyini bəyan etmişdi:

“Çox keçmədi ki, hər kəs bunun canlı şahidi oldu. Ümumiyyətlə, BAXCP hər zaman dövlətçilik maraqlarına böyük önəm verib və hər zaman milli maraqlarımızın müdafiəsi üçün çıxış edib. Bilirsiniz ki, Azərbaycan müsəlman ölkəsidir. Hazırda dünyada islamofobiya genişlənməkdədir. Bunun bir sıra səbəbləri var, əsasən də dini ekstremizm onların əlinə kifayət qədər bəhanələr verir. Bu bəhanə hesabına islamofobiya daha geniş yayılır. Dini ekstremistlər cihad adı altında terror aktları törədir və bununla da onlara yaxından köməklik göstərirlər. Azərbaycanda Dövlət Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin dini ekstremizmə qarşı sıfır dözümlülük siyasətini dəstəkləyirik”.

N.Orduxanlı vurğulayıb ki, ölkəmizdə dini ekstremizmin ayaq tutub yeriməməsinin səbəbi təkcə bizim xalqın dini tolerantlığından qaynaqlanmır:

“Bu sahədə həm hökumətin, həm də Qafqaz Müsəlmanları İdarəsinin, o cümlədən hörmətli şeyximiz Hacı Allahşükür Paşazadənin xidmətləri danılmazdır. Son zamanlar bizim dini rəhbərlərimizə, şeyximizə və digər tanınmış din adamlarına qarşı qarayaxma kampaniyası təşkil edilir. Xalqımız Allahşükür Paşazadənin 20 yanvar hadisələrində tutduğu dövlətçilik mövqeyini unutmayıb. Düşünürəm ki, dini ekstremizmin qarşısının alınması üçün vətəndaş cəmiyyətlərinə də məsuliyyət düşür”.

N.Orduxanlı bildirib ki, həm bunun, həm də tolerantlığın cəmiyyətdə təbliği üçün ölkənin QHT sektoru daha çox çalışmalıdır:

“Düzdür, bununla bağlı Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası il ərzində bir sıra layihələri dəstəkləyir. Dini Qurumların da apardığı işlər göz önündədir. Məncə, bu, yetərli deyil. Ölkədə rəsmi 4000 QHT var, bir il ərzində QHT-lərə ayrılan vəsaitin həcmi 4.5 milyon manatdır. Bununla QHT-lər necə böyük işlər görə bilər?! QHT-yə ayrılan vəsait həddindən artıq azdır. Bir ilə bir QHT-yə orta hesabla min manat düşür. Son zamanlarda cəmiyyətdə baş verən hadisələrin hamı canlı şahidi oldu. Gəncə şəhərində baş vermiş təxribatlar məhz din adı altında gizlənən ekstremistlərin törətdiyi təxribatlar idi. Biz cəmiyyət olaraq, baş vermiş hadisələri qabaqlamalı və imkan verməməliyik ki, kimlərsə öz çirkin məqsədləri üçün gözəl dinimiz İslamdan istifadə etsinlər! Dövlət qurumları ilə yanaşı, media, sosial şəbəkələrdən yararlanmalıyıq”.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti