Avqustun 31-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair aidiyyatı qurumların iştirakı ilə iclas keçirilib.

 

Axar.az xəbər verir ki, iclasda iki məsələ - əhalinin real gəlirlərinin artırılması məqsədilə əmək ödənişləri sisteminin təkmilləşdirilməsi və iqtisadi risklərin qarşılanması əsasında dayanıqlı sosial ödənişlər sisteminin formalaşdırılması; regionlarda aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi və əhalinin əmək bazarına çevik inteqrasiyası üzrə təkliflər müzakirə olunub.

Azərbaycanda son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf modelinin formalaşmasına diqqəti yönəldən Baş nazir Novruz Məmmədov bu istiqamətdə böyük işlərin görüldüyünü vurğulayıb. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə dinamik quruculuq işlərinin getdiyini, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında, o cümlədən sosial sferada, sənayedə, aqrar sektorda, infrastrukturun təkmilləşdirilməsində, özəl sahədə ciddi irəliləyişlərin olduğunu deyən Baş nazir Novruz Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı inkişaf strategiyası Azərbaycanın iqtisadi qüdrətinin artırılmasında mühüm əhəmiyyət kəsb edir.

Diqqətə çatdırılıb ki, Azərbaycan vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son illər ərzində əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilib.

Gündəlikdə duran məsələlərə dair əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məruzəsi dinlənilib.

Sonra hər iki məsələ ətrafında geniş fikir mübadiləsi aparılıb. Əhalinin real gəlirlərinin artırılması məqsədilə əmək ödənişləri sisteminin təkmilləşdirilməsı və iqtisadi risklərin qarşılanması əsasında dayanıqlı sosial ödənişlər sisteminin formalaşdırılması ilə bağlı müzakirələr olub.

Həmçinin regionlarda aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi və əhalinin əmək bazarına çevik inteqrasiyasına dair təkliflər nəzərə alınmaqla, əmək bazarının mövcud vəziyyətinin regionlar üzrə təhlil edilməsi, hər bir region üzrə əmək resurslarının balansının tərtib olunması, ərazi məşğulluq proqramlarının hazırlanması, regionlarda məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrinin fəaliyyətinin genişləndirilməsi və əlaqələndirilməsi, səyyar əmək yarmarkalarının təşkil edilməsi qərara alınıb.

İclasa yekun vuran Baş nazir Novruz Məmmədov ölkə əhalisinin rifah halının yaxşılaşdırılması üçün sosial sahənin prioritet mahiyyətini diqqətə çatdıraraq, sosial yönümlü məsələlərin həlli zamanı qarşıya çıxan problemlərin vaxtında aradan qaldırılması və iclasda müzakirə olunan məsələlərin icrası ilə bağlı Nazirlər Kabinetinin aidiyyatı qurumlarına müvafiq tapşırıqlar verib.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti