|
Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Report-a açıqlamasında bildirib ki, növbəti günlərdə ölkə ərazisinin əksər rayonlarında hava şəraitinin sabit və yağmursuz keçəcəyi gözlənilir:
“Lakin səhər və axşam saatlarında bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı ehtimal olunur. Şərq küləklərinin üstünlüyü müşahidə olunacaq”.
G.Məmmədova qeyd edib ki, növbəti 2-3 gün ərzində havanın temperaturu Bakıda 28-32, bölgələrdə 30-35, dağlıq ərazilərdə isə 20-25 dərəcə isti təşkil edəcək.