Azəriqaz İstehsalat Birliyinin son günlər bölgələrdə və paytaxtda vətəndaşları sayğaca müdaxilə iddiası ilə cərimələməsi və abonentlərə təbii qazın verilişini dayandırması onları çıxılmaz vəziyyətə salıb.

Çünki ölkədə sakinlərin təbii qaz ehtiyacını qarşılayan əlavə qurum yoxdur.

Məsələ ilə bağlı “Azəriqaz”dan Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sayğac dəyişdirilərkən onun çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilir və bunun bir nüsxəsi mənzilin sahibinə təqdim olunur. Bundan sonra isə sayğac dövlət yoxlamasına göndərilir:

“İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarının yoxlanması laboratoriyasının rəyinə əsasən, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunaraq, itirilmiş təbii qazın dəyərinin hesablanması üçün komissiyası tərəfindən hesabat aparılır. Rəyə əsasən, hesablanmış məbləğ abonent tərəfindən ödənilmədikdə smart payment kartı blok statusuna keçirilir. Məhkəməyə müraciət olunduğu təqdirdə isə məhkəmə qərardadını ASAN Kommunal mərkəzinə təqdim etdikdən sonra məhkəmə prossesi başa çatana qədər mənzilin qaz təchizatı təmin edilir”.

Qeyd edək ki, son günlərdə Azəriqaz İstehsalat Birliyini sayğacın zədələnməsi iddiası ilə sözügedən qurğuları dəyişdirib və sonra müdaxilə edilməsini əsas gətirərək bir sıra abonentə yüksək məbləğdə cərimə yazıb. Sayğaca heç bir müdaxilə etmədiklərini deyən vətəndaşlar qurumun bu addımını əsassız adlandırıb və məhkəməyə müraciət ediblər.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti