Qurd invaziyalarını yoxlatmaq bir qədər çətin, baha başa gələn prosesdir. Qanda qurd diaqnozu dəqiq qoyulmadığından insanlar nəcis analizi verməkdə maraqlı deyil, hətta qan analizi versələr belə müxtəlif qurdlar üçün müxtəlif analizlər tələb olunur.
 
Azərbaycan əhalisində, daha çox yaşlı insan və gənclərdə çox rast gəlinən qurdlardan ən təhlükəlisisi Exinokokk qurdudur. Exinokokkun müalicəsi yalnız cərrahi yolla olduğundan, pasiyent üçün ikiqat çətinlik və risk yaradır.
 
Ölkə.az xəbər verir ki, Exinokokk yaxşı bişməmiş ətdə,, çiy ətdə, süd məhsullarında, yaxşı yuyulmamış qidalarda olur. Bir sözlə, qurdu olan heyvanın ətindən insana keçir. Tələbə və şagirdlər daha çox dönərdən yoluxur. Hazır yeməklər, kolbasa-sosis məmulatlarının hazırlandığı ətin mənşəyi də məlum deyil.
 
Exinokokk kənd və rayon sakinlərində də çox rast gəlinir. Bu da onların həyətdə mal-qara, ev heyvanları ilə təmasda olmasından, süd məhsullarını lazımi qədər bişirmədiklərindən, gigiyenik qaydalara tam əməl etmədiklərindən irəli gəlir.
 
Exinokokk daha çox böyük və yaşlı insanlarda rast gəlinir. Müalicəsi də yalnız cərrahi yolladır. Qurdun olduğu orqanda həmin hissə kəsilir. Qurd dalaq, qaraciyər, hətta beyində də ola bilir.
 
İlkin mərhələdə -sista formasında aşkar olunarsa, müalicə daha uğurlu olur. Bizim klinikada olan maqnit aparatının üstünlüyü ondadır ki, bütün qurdların yumurtalarını aşkar edir və xəstəni xəbərdar edirik ki, səndə artıq qurdlar yaranacaq, müalicə olunmaq vaxtıdır. Sista-yumurta qurda çevrildikcə, insanın immuniteti zəifləyir, daha ağır fəsadlara səbəb olur”.
 
Ümumiyyətlə, qurd xəstəliyi olan insanın bağırsaq mikroflorası pozulur, iştahsızlıq, disbakterioz, anemiya olur. Qurd hansı orqanı çox zədələyibsə, o orqanla bağlı əlamətlər verir.
 
Amma hər əlaməti də qurda bağlamaq olmaz.
 
Qurd arıq – köklüyə baxmır. Kök insanda da qurdlar tapmaq olur. Bəzən qurd elə yerdə yeləşir ki, şikayət vermir, tapılması da çətindir.
 
Exinokokku USM müayinədə peşəkar həkim qaraciyərdə görə bilər. Eləcə də nəcis analizi, qan analizləri ilə diaqnoz dəqiqləşdirilir.
 
Qurd və kistlər orqanda varsa, əməliyyatla götürülür. Onun dərman müalicəsi yoxdur. medicina.az
 
30 Noyabr 2024 Dekabrın ilk gününə olan hava proqnozu açıqlandı
29 Noyabr 2024 Onları 5 ilədək həbs gözləyir
29 Noyabr 2024 Məktəbə Natiq Qasımovun adı verildi
29 Noyabr 2024 Qurban Yetirmişlidən XƏBƏRDARLIQ: “Dağıdıcı zəlzələ ola bilər”
29 Noyabr 2024 Ali Məhkəmədən mirasla bağlı yeni qərar
29 Noyabr 2024 Söküntü aparılan ərazilərdə KOMPENSASİYA NECƏ HESABLANMALIDIR?
29 Noyabr 2024 Bu yolda sürət həddi bərpa edildi
28 Noyabr 2024 Oyuncaqların uşaqların xarakterinə TƏSİRİ: Psixoloqdan AÇIQLAMA
28 Noyabr 2024 Bu, şəxslər valideynlik hüququndan məhrum ediləcək
28 Noyabr 2024 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib
28 Noyabr 2024 Veteran pulu minimum 120 manat olacaq? - VACİB AÇIQLAMA
28 Noyabr 2024 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
27 Noyabr 2024 5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə, müavinətlər isə 3,5 dəfə artıb - Sahil Babayev
27 Noyabr 2024 Millət vəkillərimiz hər kəsdən gözəl başa düşür ki... - Nazir
27 Noyabr 2024 Əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? - Sahil Babayev
27 Noyabr 2024 Bunu etsək, pensiya sistemi çökər - Nazir
27 Noyabr 2024 Qadınların pensiya yaş həddi endirilsin - Deputatlardan təklif
27 Noyabr 2024 Şəhid ailələrinə edilən güzəştlərlə bağlı QƏRAR
27 Noyabr 2024 TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı

Xəbər lenti