|
Bakının Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar gün ərzində 7-ci və 8-ci mikrorayonların, həmçinin Azadlıq prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Axar.az-a Azərsu ASC-dən məlumat verilib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.