Kənan Quluzadə: “Məqsəd təkcə turistlərin Azərbaycana gəlməsi yox, onların buradan məmnun şəkildə getməsidir”

 

2018-ci ilin aprel ayında  prezident İlham Əliyev Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb.

Turizm ekspertləri ilk gündən bildirirdilər ki, artıq tam müstəqil koordinasiya olunacaq turizm sahəsi bundan sonra daha sürətlə inkişaf edəcək. Yeni qurumun fəaliyyəti ilə turizm sahəsində bir sıra innovasiyaların tətbiqinə başlanması gözlənilirdi. Turizm sektorunun inkişafı üçün intensiv işlərin aparıldığı indiki vaxtda bu sahə ilə müstəqil qurumun məşğul olmasının vacibliyi də səslənən tezislər sırasında idi. 

 Dövlət Turizm Agentliyinin tabeliyindəki qurumlar aşağıdakılardır:

Təhsil müəssisələri: Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi, Mingəçevir Turizm Kolleci.

Dövlət qoruqları: “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Azərbaycan Respublikasının “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla), “Kiş” Tarix-Memarlıq Qoruğu,

Turizm İnformasiya mərkəzləri:

Bakı Turizm İnformasiya Mərkəzi (“Baku City Tour” turist avtobusları daxil olmaqla); Şamaxı Turizm İnformasiya Mərkəzi; Xaçmaz Turizm İnformasiya Mərkəzi; Quba Turizm İnformasiya Mərkəzi; Lənkəran Turizm İnformasiya Mərkəzi; Gəncə Turizm İnformasiya Mərkəzi; Şəki Turizm İnformasiya Mərkəzi; Zaqatala Turizm İnformasiya Mərkəzi; Qəbələ Turizm İnformasiya Mərkəzi;

İsmayıllı Turizm İnformasiya Mərkəzi; Bərdə Turizm İnformasiya Mərkəzi.

Təsərrüfathesablı qurumlar: “Azərbaycan Konqreslər Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyəti; “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti; “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti.

Digər qurumlar:

Milli Kulinariya Mərkəzi.

Bundan başqa, Azərbaycanda 7 dövlət tarix-memarlıq və tarix-mədəniyyət qoruğu da Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.

Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, təmsil etdiyi qurum Azərbaycanda yeni formalaşır və hazırda kadr axtarışındadır. Onun sözlərinə görə, agentliyin yaradılmasında əsas məqsəd yeni formalaşan turizm sənayesini mərkəzləşdirilmiş formada idarə etmək və turizm strategiyasını hazırlayıb, tətbiq etmək idi.

Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə ile ilgili görsel sonucu

Müsahibimiz dedi ki, hazırda qarşıda dayanan əsas planlar yol xəritəsi əsasında həyata keçiriləcək: “Onun əsasında yeni industriyanı, formalaşan sənayeni nəzarətdə saxlamaq lazımdır. Təbii ki, bundan öncə də Azərbaycanda turizm inkişaf edirdi. Amma daha çox getmə  turizmi formalaşmışdı. İndi isə gəlmə - incomming turizminin daha çox inkişafı üçün müvafiq addımlar atılır”.

K.Quluzadə dedi ki, yeni hotellərin tikilməsi, bu sahədə yeni, innovativ idarə üsullarını tətbiq etməklə yeniliklərin tətbiq edilməsi də fəaliyyət planları sırasındadır. Marketinq, kommunikasiya planının, habelə Azərbaycan turizm brendinin hazırlanması da qarşıda dayanan vəzifələrdəndir. Hazırda bazarı öyrənən qurum funksionerləri ilk məqsəd olaraq Azərbaycana gələn turistlərin sayını artırmağı düşünürlər: “İkinci və ən əsas məqam onların Azərbaycandan məmnun şəkildə yola salınmasıdır. Çünki bir daha gəlmələri, Azərbaycanı təbliğat vasitələrinə çevirmələri də əsas məqsədlərdən sayılır. Turizm məhsullarının yaradılması, turizm xidmətlərinin püxtələşməsi, kadr potensialının hazırlanması, nəqliyyat, otel və restoran sahəsində yeniliklər edilməsi bu sahənin inkişafı üçün vacib şərtlərdəndir”.

Qurum təmsilçisi eyni zamanda bildirdi ki, ölkəyə xarici mütəxəssisləri cəlb etməklə kadrların inkişafına nail olmaq da qarşıda dayanan vəzifələrdəndir. Əhali ilə maarfiləndirici işlərin aparılması, ixtisaslaşmış assosiasiyaların yaradılması, olanların işlərinin daha yüksək səviyyədə aparılması bu istiqamətdə görüləcək işlərdəndir. K.Quluzadə xatırlatdı ki, Azərbaycanda 7 dövlət tarix-memarlıq və tarix-mədəniyyət qoruğu da Dövlət Turizm Agentliyinin tabeliyinə verilib və orada da işlər aparılır. Müsahibimizin sözlərinə görə, mart ayına qədər Yanardağla bağlı müəyyən işlər öz həllini tapmalıdır.

Mədəni-tarixi irsini qorumaq şərtilə bu məkana turistləri cəlb etmə vasitələrindən istifadə edilməlidir: “Əyləncə şəraiti, istirahət, qidalanma, sanitar qovşaqlarının düzəldilməsi, infrastrukturun təşkili da nəzərdə tutulub. Yəni, turist bu cür qoruqlara gələndə həm maariflənməli, həm zövq almalı, həm də qidalanma, sanitar qovşaqdan istifadə etmək kimi zəruri ehtiyaclarını ödəməlidir. Digər qoruqlarda da müvafiq işlər aparılacaq. Bilirsiz ki, Lahıca yeni yol çəkildı, məktəb açıldı. Turistlər üçün bu məkanların daha çox əlverişli olmasına nail olmaq istəyirik”.

K.Quluzadə dedi ki, 2018-ci il Dövlət Turizm Agentliyi üçün quruculuq və planlaşdırılma işlərinin həyata keçirildiyi ildir. Ən yaxın zamanda, daha dəqiq desək, noyabr ayında Azərbaycan brendi nümayiş etdiriləcək. Müsahibimiz Azərbaycan brendinin ölkənin turizm siyasəti üçün olduqca mühüm element olduğunu dedi.

23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR
19 Noyabr 2024 Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir
19 Noyabr 2024 Orta əmək pensiya 531 manat, yaşa görə orta pensiya 569 manat olacaq - Nazir
19 Noyabr 2024 Sosial yardım nə qədər artırılacaq? – Detallı izah
19 Noyabr 2024 Ardıcıl 6 gün iş olmayacaq - TARİXLƏR
19 Noyabr 2024 Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”

Xəbər lenti