|
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin təkrar güzəştlə satışına başlanılmalı olsa da, proses baş tutmayıb.
Axar.az xəbər verir ki, bu barədə MİDA-nın Feysbuk səhifəsində məıumat yayılıb.
Satışın həyata keçirilməsi üçün "Elektron hökumət” portalında (e-gov.az) yaradılmış “Güzəştli mənzil” sisteminin işində problem yaranıb.
"Mənzil seçimi prosesi hal-hazırda dayandırılıb. Proses bugün saat 15:00-dan etibarən aktivləşdiriləcək" - MİDA-nın vətəndaşlara müraciətdə qeyd olunub.