Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkədə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.

 

Transfer.edu.az portalı vasitəsi ilə bu il bakalavriatura üzrə 914, magistratura üzrə 6, orta-ixtisas təhsili üzrə 101 nəfərin sorğusuna müsbət cavab verilib.

Köçürülənlərdən 887 nəfəri yerli, 21 nəfəri isə xarici ali təhsil müəssisələrində təhsil alanlardır.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti