Aşura günü işgəncə ilə bədəndən qan çıxarmaq birmənalı şəkildə dinimizdə qəbul olunmur.

 

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış ilahiyyatçı Hacı Şahin deyib.

“İmam Hüseyn zorakılığa məruz qalmış şəxsdir. İnsanları zorakılığa, qan tökməyə səsləmək Kərbəla hadisəsinin mahiyyətinə ziddir, dinimizdə haram sayılır. Aşura günü xeyirxah əməllər həyata keçirilməlidir. Belə gündə insanların başından, bədənindən qan çıxarması Kərbəla hadisəsinə qarşı təhqirdir. Bu gün ölkəmizdə vətəndaşlarımızın belə əməllərdən çəkindirilməsi üçün lazımı tədbirlər görülür”, - Hacı Şahin bildirib.

İlahiyyatçının sözlərinə görə, Aşura günü insanları xeyirxahlığa dəvət etmək lazımdır.

“Hər il olduğu kimi ölkəmizdəki məscidlərdə qanvermə aksiyaları keçiriləcək. Səhhətində problem olanlara, talassemiya xəstələrinə qan bağışlanacaq. Aşura günü böyük fədakarlıq günüdür. Belə gündə xeyriyyə addımları atmaq, insanlara həyat bəxş etmək, qan vermək əsas məqsədlərdəndir. Çünki İmam Hüseynin də məqsədi öz canını bəşəriyyət, insanlıq yolunda fəda etmək olub. Ona görə də, qanvermə aksiyası onun amalları ilə səsləşən aksiyadır. Bu aksiyada insanların iştirak etməsi çox təqdirəlayiq addımdır. Hər il məscidlərdə yüzlərlə insan qanvermə aksiyalarında iştirak edir. Bəzi məscidlərdə şərait olmadığı üçün bu aksiya yaxınlıqdakı poliklinikalarda təşkil olunur. Din xadimlərimiz də insanlarımızı bu aksiyada iştirak etməyə səsləyərək, düzgün istiqamətləndirirlər”.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti