Su hövzələri üzrə mütəxəssis Dr. Cəvahiri 1998-ci ildə mənə dedi ki, gölün ətrafında bəndlərin tikilməsi davam edəcəyi təqdirdə, göl 2016-ci ilədək quruyacaq.

 

Axar.az xəbər verir ki, bu sözləri İran Ətraf Mühit Təşkilatının rəisi İsa Kələntəri Urmiya gölü haqda danışarkən deyib. O, tətbiq olunan qədim üsullarda düzəlişə ehtiyac olduğunu diqqətə çatdırıb:

“O zaman bəziləri bu sözə şübhə ilə yanaşaraq dedilər ki, bu həcmdə su mövcud olduğu halda gölün quruyacağından söhbət gedə bilməz. Bizim səlahiyyətli qurumlarımız isə sükut edir. Çoxları yalnız öz şəxsi və ya qurum mənafeyini güdür. Bu vəziyyətdə bir hərbçi və ya bir neçə millət vəkili meydana çıxaraq istədiyi siyasəti tətbiq edir. Bir neçə nəfəri nümunə kimi idarəyə çağıraraq onların ölkədən çıxışına qadağa qoyurlar. Dərnəklərimiz isə hamısı bu hadisələrə seyrçi qalır. Heç bir ölkə yenilənən qaynaqların təbii ehtiyatlarından 40 faizdən çox istifadə etməməlidir, lakin İranda 130 faizi istehlak edilir. Biz qəbul etməliyik ki, iqlim dəyişikliyi var. Suyun həcmi isə azalır və şorlaşır. Artıq qədim üsullarla hazırkı vəziyyəti tənzimləmək mümkün deyil”.

Qeyd edək ki, Urmiya gölünün 95 faizi quruyub. Gölün quruması ilə bölgənin ətraf mühitində baş verən dəyişikliklər 15 milyondan çox insanın həyatını təhdid edir.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti