“Təhsil haqqında” qanunda uşaq bağçaları təhsil sisteminin ilk pilləsi kimi təsbit olunub.

Son dəyişikliyə görə məktəbəqədər təhsil 1 yaşından götürülür. Bu dəyişikliyin kifayət qədər ciddi əsasları var. Uşaq dil açmağa 1 yaşından başladığı üçün ona həm psixoloji, həm də pedaqoji baxımdan pəşəkar yanaşmağa ciddi ehtiyac duyulur.

Axar.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında “Buta” uşaq bağçasının müdiri Günay Ağamalı bildirib.

O bildirib ki, uşaqların hərtərəfli və intellektual inkişafının təməli məhz körpələr evi - uşaq bağçalarında qoyulur.

“Uşaqların cəmiyyətə düzgün inteqrasiyası, ünsiyyət mədəniyyəti, ətraf aləmi dərk etmək və bundan doğan sualların düzgün cavabını almaq baxımından körpələr evi-uşaq bağçasının analoqu yoxdur.

Uşaq bağçasının üzərinə düşən sonuncu missiya körpələrimizi məktəbə hazırlamaqdır. Təcrübədən söyləyə bilərəm ki, kiçik yaşlarından bağçaya gələnlər 5 yaşında məktəbə hazırlıq proqramını çox asanlıqla və uğurla mənimsəyə bilir. Təəssüflə qeyd etməliyəm ki, orta məktəblərdə məktəbə hazırlıq proqramının ancaq orta məktəblərdə keçirilməsinin vacibliyi haqqında fikirlər səsləndirilir. Bu, kökündən yanlışdır və belə yanaşma valideynləri çaşqın vəziyyətə salmaqla bərabər körpələr evi - uşaq bağçalarının qanunla müəyyən olunmuş hüquqlarını pozmağa xidmət edir.

Dəyərli valideynlərin diqqətinə çatdırmağı vacib hesab edirəm ki, bu cür əsası olmayan çağırışlara əhəmiyyət verməsinlər”.

G. Ağamalı ümidvar olduğunu bildirib ki, Təhsil Nazirliyi də öz növbəsində körpələr evi - uşaq bağçalarının hüquqlarının pozulmasına və fəaliyyətinin məhdudlaşdırılmasına xidmət edən qeyri-qanuni çağırışların qarşısının alınması üçün ciddi addımlar atacaq.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti