İctimai nəqliyyatda sərxoş şəxslərin problem yaratmasına son vaxtlar tez-tez rast gəlirik. Bu da şəhərimiz üçün arzuolunmaz məsələdir.

 

Bu sözləri Axar.az-a açıqlamasında ötən gün sərxoş şəxsin metroda gənc qızlara qarşı əxlaqsız hərəkətlərə yol verməsinə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu deyib. Bu kimi halların ölkənin imicinə zərər vurmaqla yanaşı, həm də şəhər sakinləri, turistlər üçün böyük narahatlıq törətdiyini bildirən sosioloq kompleks tədbirlərin həyata keçirilməsini təklif edib:

“Digər ölkələrin sosioloqları ilə apardığımız müzakirələrə görə, şəhər sakinlərinin davranışı ölkənin mədəni səviyyəsi ilə bağlı çox mühüm göstəricidir. Düzdür, ölkədə belə halların qarşısını almaq üçün işlər həyata keçirilir. Amma bu nəticə vermədiyi üçün kompleks işlər görməliyik. Bu kompleks işlər ondan ibarətdir ki, burada həm də inzibati metodlar, ictimai qınaq, ictimai təzyiq və maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Adətən xaricdə bu kimi tədbirləri QHT-lər təşkil edir. Bizim ictimai və qeyri-hökumət təşkilatlarımız da belə bir hərəkatlar keçirməlidirlər. Yəni könüllülərdən ibarət qrup şəhərdə buna nəzarət etsin. Televiziyalarımız da ictimai nəqliyyatda davranış qaydaları ilə bağlı verilişlər hazırlaya bilərlər. Bu verilişləri ictimai nəqliyyatlara məxsus fond tərəfindən cüzi bir məbləğ ayırmaqla da hazırlamaq olar. Biz həm televiziyaların, QHT-lərin, həm də bu kobudluqlara yol verənlərin inzibati qaydada cəzalandırılması və ya cərimələnməsi vasitəsi ilə belə halların qarşısını ala bilərik”.

Qeyd edək ki, 6 sentyabrda içkili halda olan 1981-ci il təvəllüdlü Seymur Abbasov adlı şəxs metroda gənc qızlara qarşı əxlaqsız hərəkətlər edib. Vaqondakı sərnişinlərin etirazı ilə polis hadisəyə müdaxilə edib və ictimai qaydaları pozan xuliqanı saxlayıb.

S.Abbasov barəsində görülən tədbirlə bağlı rəsmi açıqlama yoxdur.

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti