|
"Yol-xeber.az" xəbər verir ki, Bakı Dənizkənarı Bulvarında NARGIS nəşriyyat evinin növbəti “Planet Calling” adlı ekosərgisi açılıb. Sərgi ətraf mühitin mühafizəsinə həsr olunub və incəsənət vasitəsi ilə müasir ekoloji problemləri ictimayyətə duyurmaq məqsədini daşıyır.
Sərgidə təkrar emal edilməsi çətin olan materiallardan və sənaye tullantılarından hazırlanmış 13 instalyasiya nümayiş etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sərgidə “Qayğıkeş yol” qurğusu ilə təmsil olunur.
Quraşdırma bir ağacın ətrafına dolanaraq, onun qorunmasına diqqət yetirən yolu göstərir.
Bu işin ideyası yolların salınmasında təbiətə qayğı göstərməyin vacib amil olduğunu çatdırmaqdır.
Layihənin təşəbbüskarı NARGIS jurnalının baş redaktoru Ülviyyə Mahmuddur.
Qeyd edək ki, sərgi avqustun 24-dək davam edəcək.