Azərbaycanın elektrik enerjisini ixrac etmək imkanları getdikcə artırAzərbaycan 2020-ci ildə apardığı və 44 gün ərzində möhtəşəm tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticəsi olaraq özünün ərazi bütövlüyünü, tarixi ədaləti və beynəlxalq hüququ təmin etdi. Bu gün isə ölkəmiz Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqların fonunda bütün regionda sülhün və inkişafın bərqərar olması istiqamətində əhəmiyyətli addımlar atır, çağırışlar edir. Əlbəttə ki, regionda davamlı sülhün yaradılması ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyindən çox asılıdır. İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə etdiyi çıxışında dövlət başçısı bu məsələyə də toxunaraq bildirdi ki, ötən dövr ərzində bu istiqamətdə müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik ortada gözlənilən real nəticələr yoxdur. Problem isə bundadır ki, Vətən müharibəsindən artıq 1 il 8 ay keçməsinə baxmayaraq, Ermənistan hələ də 10 noyabr Bəyannaməsini imzalamaqla üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Bəli, Ermənistan Azərbaycanın irəli sürdüyü və sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipini qəbul edib. Lakin bundan sonra sülh müqaviləsinin imzalanması istiqamətində qarşı tərəfdən heç bir addım atılmayıb. İlk növbədə bu müqavilənin imzalanması üçün 10 noyabr Bəyannaməsinin şərtlərinə əməl olunmalıdır. Mahiyyət etibarı ilə Ermənistanın kapitulyasiya aktı olan həmin sənəddə yer almış əsas müddəalardan biri isə Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur ki, qarşı tərəf hələ də bu məsələni əngəlləməyə çalışır. İkinci bir tərəfdən, bu gün erməni silahlı birləşmələrinin Qarabağda mövcudluğu da 10 noyabr Bəyannaməsinin şərtlərinə tamamilə ziddir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məğlub Ermənistan öz öhdəliklərinə əməl etməlidir. Əks halda Azərbaycan buna nail olmaq üçün müvafiq addımlar ata bilər və bunun da nəticələri Ermənistan üçün acınacaqlı olar.

Möhtərəm Prezidentimizin öz çıxışında toxunduğu vacib məsələlərdən biri də Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələlərində ketdikcə artan rolu ilə bağlı oldu. Dövlət başçısı qeyd etdi ki, bu gün Azərbaycanın enerji imkanları bir çox ölkələr üçün böyük önəm daşıyır. Bu sahədə uzun illər ərzində planlı şəkildə aparılan hazırlıq işləri sayəsində ölkəmizdə bərpaolunan enerji növlərinin istehsalının inkişafı üçün son dərəcə əlverişli zəmin yaradılıb. Yaradılmış əlverişli investisiya mühiti öz nəticəsini verir və hazırda xarici şirkətlər öz vəsaitləri hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldurlar. Həmçinin cari ilin sonunadək ölkəmizdə 9 su elektrik stansiyasının başa çatacaq. Bütün bunlar imkan verəcək ki, Azərbaycan elektrik enerjisini daha böyük həcmlə ixrac edək. Təbii ki, Azərbaycanın elektrik enerjisini ixrac etmək imkanlarının artması təkcə qonşu dövlətləri deyil, Avropa ölkələrini də maraqlandırır. Məhz bunun nəticəsidir ki, Avropa tərəfindən Azərbaycana yeni Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişini nəzərdə tutan yeni layihə təqdim edilib.

Həmçinin ənənəvi enerji mənbələrindən olan təbii qaz istehsalı sahəsində də Azərbaycan böyük potensiala malikdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün ölkənin əsas ixrac resurs bazası “Şahdəniz” yatağıdır. Lakin yaxın gələcəkdə “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”nin dərin qaz adlandırılan yataqlarından da qaz hasilatı gözlənilir. Nəticədə perspektivli yataqlardan çıxarılacaq qaz həm daxili tələbatı ödəmək üçün, həm də ixrac üçün nəzərdə tutulub.

Bütün bunlar əlbəttə ki, ilk növbədə ölkəmizin iqtisadi gücünün artmasına, vətəndaşların rifah yüksəlişinin daha da sürətlənməsinə və Azərbaycanın daha qüdrətli və daha nüfuzlu bir dövlət olaraq dünya birliyində öz layiqli yerini tutmasına xidmət edir. Bu gün Azərbaycan özünün Zəfər yoluna inamla davam edir və artıq heç bir kənar qüvvə bizi bu yoldan döndərə biməz.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
27 Noyabr 2024 5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə, müavinətlər isə 3,5 dəfə artıb - Sahil Babayev
27 Noyabr 2024 Millət vəkillərimiz hər kəsdən gözəl başa düşür ki... - Nazir
27 Noyabr 2024 Əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? - Sahil Babayev
27 Noyabr 2024 Bunu etsək, pensiya sistemi çökər - Nazir
27 Noyabr 2024 Qadınların pensiya yaş həddi endirilsin - Deputatlardan təklif
27 Noyabr 2024 Şəhid ailələrinə edilən güzəştlərlə bağlı QƏRAR
27 Noyabr 2024 TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
26 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
26 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentımiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır

Xəbər lenti