|
İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.
"Bu barədə Baş Prokurorluqda hazırda keçirilən geniş kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir.
Belə ki, 2022-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 9,4%, intihara cəhd hadisələrin sayı isə 27,3 % azalıb.
Hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 3 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.