"Yol-xeber.az" xəbər verir ki, 22 iyul 2022-ci il tarixdə Biləsuvar rayon Uşaq incəsənət məktəbinin həyətində Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə uzun müddət mədəniyyət sahəsində çalışmış, hal- hazırda təqaüddə olan mədəniyyət işçiləri ilə görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Faiq Qürbətov, Salyan, Neftçala və Cəbrayıl rayonlarının mədəniyyət işçiləri, hüquq ,mühafizə orqanlarının əməkdaşları, rayon ziyalıları və mətbuat nümayəndələri, sayt və qəzet rəhbərləri, müxbirlər iştirak etmişlər. .