Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 195 ünvanında dayanma-durma tələbi ilə bağlı sürücülərdə çaşqınlıq yaranıb.

Vətəndaşlar tərəfindən daxil olan şikayətdə deyilir ki, dayanma-durmanı qadağan edən nişanın quraşdırıldığı yer onun rahat görünməsinə mane olur. Bunun səbəblərindən biri kimi nişandan öncə yerləşən obyekt göstərilir.

Bir neçə il öncə isə sözügedən obyektin tikintisi bir sıra mübahisələrə yol açmışdı. Belə ki, əksər media qurumlarının işıqlandırdığı məsələdə həmin obyektin burada yerləşən dayanacaq məntəqəsini zəbt etdiyi görünür. İndi isə həmin obyektin önə çıxdığı və yol nişanının aydın görünməsinə mane olduğu deyilir.

Eləcə də, həmin nişanın sağa doğru əyilməsinin də onun görünməsinə mane olan daha bir amil olduğu bildirilir. Bütün bunlar sürücülərin həmin nişanı görməyərək burada avtomobilini park etməsinə və cərimə olunmasına yol açır.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Ölkə.Az”a açıqlamasında bildirdi ki, qurum əməkdaşları həmin əraziyə baxış keçirəcək və yol nişanın əyilən hissəsi düzəldiləcək:

“Lakin burada nişan normal vəziyyətdə görünür və onun qarşısını kəsən ağac da yoxdur. Nişan burada mümkün olan yerdə - səkidə yerləşdirilib”.

Obyektin nişanın görünməsinə mane olması məsələsinə gəlincə isə, qurum rəsmisi bildirib ki, bu, başqa problemdir: “Mən burada obyektin olmasına haqq qazandırmıram. Məsələnin bu hissəsi isə bizə aid deyil”.

Daha bir məqam ondan ibarətdir ki, yol hərəkət nişanından əvvəl obyektin olması və zibil qablarının yolun kənarında yerləşdirilməsinə baxmayaraq ərazidə avtomobillər park edir. Bu vəziyyətlə bağlı isə heç bir addım atılmır. Mövcud vəziyyət həm piyadaların, həm də nəqliyyatın hərəkətini çətinləşdirir. Lakin yolun enli hissəsində isə dayanma-durma qadağan olunub. Onu da qeyd edək ki, sözügedən hissədə dayanan avtomobillərin sürücüləri əsasən xəstəxanaya gəldiyindən nəqliyyat vasitələrini burada park edir. Xəstəxanaya isə zəruri səbəbdən üz tutan vətəndaşlar maşınlarını saxlamaq üçün ən uyğun ərazinin məhz qadağan olunan hissə olduğunu deyir. 

 

06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI
05 May 2025 Aeroport yolunda sürət həddi bərpa edildi
03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO

Xəbər lenti