Salyan rayonunun qədim yaşayış məskənlərindən biri olan Xıdırlı kəndinin məktəbi bərbad vəziyyətdədir.
İctimai TV xəbər verir ki, şəhid Təbriz Xəlilbəyli adına Xıdırlı kənd tam orta məktəbinda 1000-ə yaxın şagird təhsil alır.
Təxminən 60 yaşı olan məktəb təmirsiz və şəraitsiz vəziyyətdədir. Belə ki, məktəbin pəncərələrinin şüşələri yoxdur, divarlar nəm, döşəmələr isə çürükdür .