|
"Bu gün Azərbaycan təhsil sistemində "ibtidai" sözünü "iptidai" və ya "ibtidayi" yazan adamlar var. Bu şəxslərin şagirdlərin qarşısına çıxması günahdır".
Bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev deyib.
"Belə müəllimlərin sayı çox deyil, amma var"- o söyləyib.
Nazir müəllimlərin diaqnostika imtahanından keçirilməsinin onların əlavə yüklənməsi kimi qiymətləndirilməsinə münasibət bildirib:
"Müəllim hər 5 ildən bir 2 saatlıq imtahanda öz səriştəliliyini göstərirsə, biz ondan qeyri-adi bir şey istəmirik. Biz 5 ildən bir 2 saatlıq imtahan verən müəllimin maaşına da 5 il ərzində 10 faiz əlavə edirik".