|
Şahin quşunu ovlamağa çalışan bir qrup ovçu cərimələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Biləsuvar rayonu ərazisində brakonyerliyə qarşı mübarizə məqsədilə reydlər keçirilib.
Rayonun Paraval adlanan ərazisində icazəsiz ova cəhd edən 4 nəfər saxlanılıb və onlardan 4 ov tüfəngi götürülüb.
Araşdırma zamanı onların Biləsuvar rayonunun İsmətli və Ağayari kənd sakinləri Eldəniz Bəhmənov, Teymur Hüseynov, Elizvar Bəhmənov və Mahir Məmmədov olduğu müəyyən edilib.
Sentyabrın 16-da keçirilən növbəti reyd zamanı isə rayonun açıq ov sahəsində “Niva” markalı 12-BG-139 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb. Avtomobildən şahin quşunun ovlanması üçün 19 ədəd kustar üsulla düzəldilmiş tələ (cələ) və digər ləvazimatlar götürülüb.
Araşdırma zamanı avtomobili idarə edən şəxsin Biləsuvar rayon sakini Murad Novruzov olduğu məlum olub.
Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülüb və hər birinə inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.