Nazirdən göllərin bərpası təklifi

İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Vazil Hudak ilə görüşüb. 

Ş. Mustafayev Azərbaycanın beynəlxalq mailiyyə və iqtisadi qurumlarla, o cümlədən Avropa İnvestisiya Bankı ilə uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Qeyd olunub ki, 2013-cü ildə Azərbaycan ilə Avropa İnvestisiya Bankı arasında Çərçivə Sazişi imzalanıb. 

Azərbaycanda qeyri-neft sektorunun inkişafının və diversifikasiyasının prioritet olduğunu vurğulayan nazir kənd təsərrüfatı, İKT, turizm və digər sahələrdə müsbət artım dinamikasının müşahidə edildiyini, ölkənin strateji valyuta ehtiyatlarının artdığını diqqətə çatdırıb. 

 

Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradıldığını qeyd edən Ş. Mustafayev bu sahədə Bankla əməkdaşlığın nəzərdən keçirilməsinin mümkünlüyünü bildirib. Bundan başqa, özəl sektorun layihələrinin birbaşa maliyyələşdirilməsi, infrastruktur layihələrinin reallaşdırılması, alternativ enerji, tullantıların idarəedilməsi, Abşeron göllərinin bərpası sahəsində də Bankla əməkdaşlıq edilə bilər.

Vazil Hudak bildirib ki, AİB maliyyə dəstəyi ilə yanaşı, ekspertiza, texniki və məsləhət xidmətləri də göstərir. İnfrastrukturun yaradılması və bərpası sahəsində Bankın geniş təcrübəsinin olduğunu xatırladan vitse-prezident Azərbaycanda avtomobil və dəmir yollarının inşası və yenidənqurulmasına Bankın maliyyə dəstəyi göstərə biləcəyini qeyd edib. 

Bank rəsmisi alternativ enerji, ekologiya, göllərin təmizlənməsi, özəl sektora, xüsusilə də kiçik və orta biznesə dəstək sahəsində də əməkdaşlığın mümkünlüyünü, bu istiqamətdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. 

Vazil Hudak bu ilin oktyabrında AİB-in işçi missiyasının ölkəmizə səfər edəcəyini də bildirib.

 

 

19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq
18 Aprel 2025 Səhhəti pisləşən qaziyə yol polisi kömək etdi - Video
18 Aprel 2025 Hikmət Mirzəyevə ağır itki
18 Aprel 2025 Xankəndinin Baş planı hazırlanır
18 Aprel 2025 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
17 Aprel 2025 Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
17 Aprel 2025 Şamaxı-Qonaqkənd avtomobil yolu zərər gördü – Təcili bərpa işləri başlanılıb
17 Aprel 2025 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər
17 Aprel 2025 ADY-nin bütün qatarları qrafik üzrə hərəkətini davam etdirir.
17 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri daim genişlənir”
16 Aprel 2025 “Qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur” - ADY
16 Aprel 2025 "Bağırov" körpüsündə qoyulan məhdudiyyət aradan qaldırıldı
16 Aprel 2025 DİN əlavə polis naryadları cəlb edib - Video
16 Aprel 2025 Qatarların hərəkəti bərpa olundu - Yenilənib
16 Aprel 2025 Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ
16 Aprel 2025 Operativ tədbirlər görülür - DİN - Foto
16 Aprel 2025 Yağışlı Bakının yollarında sıxlıq var - Siyahı

Xəbər lenti